Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan səfiri: “TAP-ın genişləndirilməsi mükəmməl addımdır”

Trans Adriatik boru kəmərinin (TAP) potensialının 20 milyard kubmetrə qədər genişləndirilməsi mükəmməl addımdır...

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov özünün “Tviter” hesabında qeyd edib.

Səfirin sözlərinə görə, TAP ilə Azərbaycan qazının Avropaya ixracı 2022-ci ildə 11,4 milyard kubmetr təşkil edib.

“TAP-ın potensialının 20 milyard kubmetrə qədər genişləndirilməsi mükəmməl addımdır və Bolqarıstanın təşəbbüsü ilə həyata keçirilən “Həmrəylik halqası” (Solidarity Ring) layihəsi ən yaxşı halda yeni tendensiyalardan istifadə etmək, Azərbaycanın resurslarını yeni Avropa bazarlarına uyğunlaşdırmaq üçün bir yol ola bilər”, - deyə o, əlavə edib.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

Qeyd edək ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Poliqon.info

 


Etiket: TAP kəmər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar