Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı milyarderin müharibə haqda səs yazısı yayılıb – Video

Azərbaycanlı milyarder Fərhad Əhmədovla rusiyalı prodüser İosif Priqojinə aid olduğu iddia edilən telefon danışığının səs yazısı üzə çıxıb.

Poliqon.info xəbər verir ki, səs yazısı Yutub sosial şəbəkəsində bir müddət əvvəl yerləşdirilsə də, indi yayılıb.

Telefon danışığı zamanı hər iki şəxs Rusiya rəhbərliyi və Prezident Vladimir Putinin addımlarını dəyərləndirərək, onun fəaliyyətini tənqid ediblər. Üstəlik, Fərhad Əhmədov Priqojinə müraciətində ölkə rəhbərliyinin Rusiyanı bataqlığa atdığını və indiyə qədər gələcəklə bağlı normal açıqlama eşitmədiyini bildirib:

“Onlar öz aralarında bir-birini qırırlar, bəyanatlar ziddiyyətlidir, konsolidasiya və koordinasiya olunmayıb. Vətəndaş qarşıdurması, hakimiyyət uğrunda mübarizə gedir. Onların kollektiv günahı var. O deyir ki, əsas ordudur, amma bəlli oldu ki, heç ordu da yoxdur. Bizdə respublikadır, prezident ölkəsidir. Prezident hər şeyə görə cavab verəcək. Hər şeyə görə! Ondan soruşacaqlar”.

 Həmsöhbətlər həmçinin Moskvanın Ukraynadakı işğalçılıq fəaliyyətindən də narazılığını ifadə ediblər. Belə ki, hər iki şəxs Putinin ətrafının yalan məlumatlar verərək, onu bəlanın içərisinə itələdiyini deyiblər.

Əhmədov Priqojinə Rusiyanın gələcəyindən qorxduğunu və bundan sonra ölkədə vətəndaş müharibəsinin olub-olmayacağını təxmin edə bilmədiyini söyləyib. Milyarder Rusiyanın Ukraynadakı savaşını “qardaşın qardaşı öldürməsi” adlandırıb və Moskvanın bundan necə canını qurtaracağını bilmədiyini qeyd edib.

Poliqon.info səs yazısının tam versiyasını təqdim edir:

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

NATO Baş katibi: Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir

“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb

Ən çox oxunanalar