Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail və yəhudi mediası həyəcan təbili çalır: SEPAH İlham Əliyevi təhdid edir... 

Mərkəzi İsrail mediası və Amerika yəhudilərinin nüfuzlu nəşrləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Azərbaycan rəhbərliyini hərbi münaqişə hədələri ilə qorxutmaq üzrə əbəs cəhdləri barədə yazıblar...

Poliqon xəbər verir ki, Tehranın “təhdid” kampaniyası fonunda ABŞ-ın yəhudi media resursları və İsrailin aparıcı xəbər saytları müxtəlif siyasi oriyentasiyalara sadiq qalaraq rəsmi Bakını yekdilliklə dəstəkləyirlər. 

İsrailin aparıcı xəbər portallarından biri Walla.co.il yazır: 

İslam İnqilabı Keşikçiləri Korpusu Azərbaycan prezidentini rəsmən təhdid edir...” 

İsrailin ingilisdilli xəbər saytı I24news isə bu cür təhdidləri görünməmiş hal kimi dəyərləndirib: 

“Şəxsən Əliyevə qarşı bu cür təhdidlər görünməmiş haldır. İranın heç bir rəsmi qurumu indiyədək heç vaxt Azərbaycan liderinə bu cür müraciət etməyə cəsarət etməyib və onun İsraillə əlaqələrini qeyd etməklə təhdid obyektinə çevirməyib. Amna son zamanlar İlham Əliyevin əsas hədəfi halına gəlib. Bu cür təhdid, əlbəttə ki, ciddi hərbi eskalasiyaya doğru daha bir addımdır. 

Maraqlı bir detalı qeyd etmək lazımdır. SEPAH-ın bəyanatlarında Ermənistan diqqət mərkəzindədir. Hər iki ölkənin geniş diplomatik və hərbi əlaqələri olduğu üçün Ermənistana hücum İran üçün kifayət qədər səbəbdir”. 

İsrailin “Maariv” saytı isə qeyd edib ki, İran Azərbaycana qarşı sui-qəsd nəzəriyyəsini yaymağa başlayıb: 

İran daha da irəli gedərək, Azərbaycan İsrailin təşəbbüsü ilə Ermənistan ərazisinin bir hissəsini ələ keçirməyə hazırlaşan sui-qəsd nəzəriyyəsini yaymağa başlayıb...”, deyə portal yazıb. 

ABŞ Yəhudi Mətbuatının dini pravoslav yəhudi icmasının nəşri yazır ki, İran mətbuatı Azərbaycana qarşı açıq təhdidlərə keçib:

“Vəziyyəti gərginləşdirməyə yönəlmiş kütləvi anti-Azərbaycan (və anti-İsrail) təbliğat kampaniyası martın 21-də rəsmi nəşrlərdə dərc olunmaqla başlayıb. SEPAH-ın Telegram kanalı isə Azərbaycana qarşı açıq təhdidlərə keçib. İran prezidenti Rəisi son bir ildə Ermənistanla əlaqələrin vacibliyi ilə bağlı səkkiz bəyanat verib və onların intensivləşdirilməsinə çağırıb. "İran Ermənistanı yaxın və dost ölkə hesab edir", deyə Rəisi iyunun 2-də deyib. Ermənistanın baş naziri Paşinyan oktyabrın 1-də “Ermənistan İranla mümkün qədər və bütün sahələrdə əlaqələri inkişaf etdirmək niyyətindədir”, deyib. İranın xarici işlər naziri oktyabrın 20-də deyib: “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir”. 

Ertəsi gün onun erməni həmkarı iki ölkə arasında münasibətlərin “dövlətlərin ümumi təbii maraqlarının dərindən dərk edilməsinə” əsaslandığını vurğulayıb. 

Bu il fevralın 11-də prezident Xaçatryan qeyd edib ki, “Ermənistan Respublikası İranla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə və dərinləşdirməyə çalışır”. 

Oktyabrın 30-da Ermənistan Müdafiə Nazirliyi etiraf edib ki, İran Ermənistana hücum pilotsuz təyyarələri verib və elə həmin ay iranlılar 600 kamikadze dronu Ermənistana verib. 

Amerikanın yəhudi nəşri Algemeinerisə yazır: 

“Bir tərəfdən Tehran Azərbaycanın maksimum dərəcədə zəifləməsində maraqlıdır, çünki Azərbaycan yəhudi dövlətinin yaxın müttəfiqi, İsrailə aparıcı neft tədarükçüsü və İsrailin hərbi və mülki texnologiyalarının əsas alıcısıdır. Digər tərəfdən, Tehran Rusiyanın Cənubi Qafqazda mövcudluğunun kəskin şəkildə azalması fonunda Ermənistanın strateji tərəfdaşı olan İrandan asılılığını artırmaq istəyir. Bura Azərbaycanın Naxçıvan anklavı vasitəsilə Azərbaycanı Türkiyə ilə birləşdirəcək Zəngəzur Nəqliyyat Dəhlizinin planlarını pozmaq daxildir”. 

İsrailin dini xəbər saytı Kikar.co.il isə bildirib ki, “İranın təhdidlərinə görə, Azərbaycanın yəhudi icması İsrail-Azərbaycan əlaqələrini dəstəkləyən bəyanat yayıb...”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar