Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən təhlükəsiz turizm bölgələri açıqlandı

2023-cü ildə səyahət üçün dünyanın ən təhlükəsiz turizm bölgələri seçilib...

İsveçrə siyasi sabitlik, zorakılıq səviyyəsinin aşağı olması və keyfiyyətli səhiyyə xidmətləri baxımından 2023-cü ildə istirahət üçün ən təhlükəsiz bölgələr siyahısına başçılıq edir.

Bu barədə “Hansı?” şirkətinin son hesabatlarında bildirilib.

Hesabatda dünya ölkələri təbii fəlakət riskləri, yol-nəqliyyat hadisələri, qətl cinayətləri, terrorizm, səhiyyə infrastrukturunun keyfiyyəti və qadınların təhlükəsizliyi baxımından qiymətləndirilib.

Diqqət çəkən məqam odur ki, ilk onluğa daxil olan demək olar bütün istiqamətlər Avropada yerləşir. Şimali Skandinaviya ölkələri də bu baxımdan yaxşı təmsil olunur. Belə ki, ikinci yerdə İslandiya, üçüncü yerdə Norveç, Portuqaliya və Sloveniya qərarlaşıb.

Şkalanın əks tərəfində Yamayka var ki, burada qətl nisbəti İsveçrədən təxminən 60 dəfə yüksəkdir. Braziliya, Cənubi Afrika və Meksika da yüksək qətl cinayətlərinə görə reytinqdə aşağı yerləri tuturlar. Filippin təbii fəlakət riskinin artması səbəbindən ən aşağı yerlərdə qərarlaşıb.

Eyni zamanda reytinqdə nə Ukrayna, nə Rusiya, nə də Belarus əks olunmayıb.

Beləliklə, dünyanın ən təhlükəsiz 20 istirahət ölkəsi olaraq İsveçrə, İslandiya, Norveç, Portuqaliya, Sloveniya, Finlandiya, Yeni Zelandiya, Danimarka, Sinqapur, Avstriya, Almaniya, İsveç, Avstraliya, Kanada, İspaniya, Belçika, Çexiya, Hollandiya, İtaliya, Fransa qeyd olunub.(Oxu.az)

Poliqon.info

 

 


Etiket: turizm şəhər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar