Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Qarabağda “qızıl açarı” ələ keçirdi – Nələr baş verəcək?

Qarabağ münaqişəsi böyük güclərin regionu idarə etməsi üçün bir açar idi...

Rusiya XİN sözçüsü Mariya Zaxarova ABŞ dövlət katibi Entoni Blinkenin “Yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər” bəyanatına cavab verib. Belə ki o, “perspektivləri çoxları şərh edir. Biz o mövqedən çıxış edirik ki, əvvəl bu (sülh sazişinin imzalanması – red.) baş verməlidir, sonra isə onu şərh etmək lazımdır. Biz hər zaman şərh verməyə hazırıq. Lakin burada şərh ediləsi bir şey yoxdur” deyib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Qarabağ münaqişəsi böyük güclərin regionu idarə etməsi üçün bir açar idi, ancaq Azərbaycan konflikti Ermənistan üzərində qələbə ilə həll etdikdən sonra həmin açarları supergüclərin əlindən aldı:

“Unutmaq olmaz ki, qlobal siyasətdə söz sahibi olan böyük güclərdə ehtiyat açarlar da mövcuddur və bunun yaratdığı təhdidlər münaqişənin xarakterindən də böyük miqyasdadır.

Münaqişə zamanı ABŞ ilə Rusiya birgə hərəkət edirdilər, hətta Levon Ter-Petrosyanın hakimiyyətdən uzaqlaşdırılıb yerinə cani Robert Köçəryanı gətirmək belə Vaşinqton-Moskva işbirliyinin nəticəsi idi.

Petrosyanın münaqişənin həlli üçün sülh yolu ilə açılıma getməsi Kreml ilə Ağ Evi qəzəbləndirdi, çünki onlara konflikti həll edə bilən lider yox, onu dondurub yerində saxlayan fiqur lazım idi.

Bu dondurma prosesi siyasi qütbün uclarında dayanan iki nəhəngə lazım idi, lakin sonrakı etaplar üçün onun yönləndirilməsi və təzyiq kimi saxlanılması üçün rəqabət davam edirdi.

Ancaq konyunkturanın dəyişdirilməsi tələb etdi ki, Rusiya Qarabağ müharibəsində Ermənistana müttəfiq kimi davranmasın, ABŞ isə səsini Azərbaycana qarşı ucaltmasın.

Aqşin Kərimov

Bununla belə, postkonflikt dövrü də köhnə metodlar əsasındakı rəqabəti stimullaşdırır. Yəni həm Moskva, həm də Vaşinqton çalışır ki, mübahisəli məqamlar daimi olsun və onlar manipulyasiya etmək imkanlarını saxlasınlar.

Ancaq bir fərq var: artıq nə ABŞ, nə də Rusiyada “Qarabağa status” bağırtılarını gündəmə gətirir, ara-sıra verilən bəyanatlardakı ikibaşlılıqlar belə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır”.

A.Kərimov deyib ki, ABŞ ilə Rusiya arasındakı rəqabət Azərbaycan-Ermənistan arasındakı mübahisələrin mövcudluğuna görə deyil, bundan hansı nəticələr əldə etməklə əlaqədardır:

ABŞ sülh planından danışanda Rusiyaya acıq verir, Moskva isə qəzəbli tonda reaksiya göstərir. ABŞ-la Rusiyanın sülh planı hazırlamaq üçün yarışa girməsi elə də pis hal deyil, lakin bu bəndlər Azərbaycanı qane edirmi?

Məncə, Qarabağ və sərhədlə bağlı məsələlər böyük ölçüdə razılaşdırılıb, lakin problem Rusiya-Ukrayna müharibəsinin gedişatı və onun regiona təsirləri ilə əlaqədar olaraq meydana çıxır.

Nəticə kimi, ümumilikdə ziyanı Ermənistanın çəkəcəyini proqnozlaşdırıram”.

Turan Rzayev

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar