Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Talış kəndində bayram konserti keçirilib - Fotolar

Tərtər rayonunun işğaldan azad edilən Talış kəndində Novruz bayramı münasibətilə konsert keçirilib.

“Report”un Qarabağ bürosunun xəbərinə görə, şənlikdə ölkənin tanınmış incəsənət nümayəndələri çıxış edib.

Kəndin Klub İcma Mərkəzinin qarşısında yaradılan səhnəyə ilk olaraq Azərbaycan Dövlət Kukla Teatrının truppası çıxıb və M.F. Axundzadənin məşhur “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası əsasında hazırlanan eyniadlı marionet tamaşasını oynayıb.  

Ardınca teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının uşaq qrupunun ifasında yetirmələr “Can Qarabağ” adlı konsert təqdim ediblər. Novruz şənliyində Azərbaycan mətbəxindən nümunələr sərgilənib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Talış sakinlərini Bahar bayramı münasibətilə təbrik edib.

Daha sonra Əməkdar artist Aybəniz Haşımova və Sənət Akademiyası tələbələrinin ifasında “Qarabağa gəlirik” və “Vətəndən pay olmayır” mahnılarının ifası bayram konsertinə xüsusi canlanma yaradıb.

Konsert boyunca Səid Rüstəmov adına Xalq Çalğı alətləri Orkestrinin çıxışı, həmçinin Milli Səs yarışmasının iştirakçısı Asim Abbasovun, Gənc xanəndə Yusif Cəfərbəylinin muğam triosu ilə çıxışı konsertdə iştirak edən sakinlər tərəfindən alqışlarla qarşılanıb.

Sonra meydanda bayram tonqalı qalanıb, yallı sədası altında iştirakçılar rəqs ediblər.

Fotolar

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar