Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konfrans Liqasında mövsümün son püşkü atıldı

UEFA Konfrans Liqasında mövsümün sonuncu püşkatma mərasimi keçirilib.

Avropa futbol qurumunun Nyondakı mənzil-qərargahında keçirilən mərasim Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Tədbirdə 1/4 və yarımfinal cütlükləri, həmçinin, final matçının nominal meydan sahibi bəlli olacaq.

Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə istənilən komanda bir-biri ilə rəqib ola bilib.

Turnirin favoritlərindən “Fiorentina” 1/4 finalda “Lex”lə üz-üzə gələcək. 1/8 finalda “Qarabağ”ı mübarizədən kənarlaşdırmış “Gent” “Vest Hem”ə rəqib olub. “AZ Alkmaar” “Anderlext”, “Bazel” “Nitsa” ilə qarşılaşacaq.

1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq.

Turnirin final görüşü isə iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək.

UEFA Konfrans Liqası
1/4 final

“Lex” (Polşa) - “Fiorentina” (İtaliya)
“Gent” (Belçika) ­- “Vest Hem” (İngiltərə)
“AZ Alkmaar” - “Anderlext” (Belçika)
“Bazel” (İsveçrə) - “Nitsa” (Fransa)

Yarımfinal

“Lex” (Polşa)/“Fiorentina” (İtaliya) cütünün qalibi - “Bazel” (İsveçrə)/“Nitsa” (Fransa) cütünün qalibi
“Gent” (Belçika)/“Vest Hem” (İngiltərə) cütünün qalibi - “AZ Alkmaar”/“Anderlext” (Belçika) cütünün qalibi

Final

1-ci cütün qalibi – 2-ci cütün qalibi

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar