Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahbulaq, Dövlətyarlı və Kürdmahmudlu yatağının istismara verilməsi istiqamətində iş aparılır

Keçən il işğaldan azad edilmiş rayonlarda mövcud olan 67 yatağın kadastr işləri icra edilib, işğal dövründə istismar edilən yataqlardan yeddisinin təftişi və monitorinqi aparılıb, dəymiş ziyan ilkin olaraq qiymətləndirilib...

Poliqon.info-nun xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, Ağdam, LaçınKəlbəcər rayonları üzrə 57 qeyri-filiz və inşaat materialları yataqlarının, eləcə də Xocalı rayonu ərazisində Sığnaq və Yemişcan mərmərləşmiş əhəngdaşı təzahürlərinin təftişi başa çatdırılıb.

Füzuli rayonu ərazisində Aşağı Güzlək, Cəbrayıl rayonu ərazisində Hovuslu və Sədi, Xocavənd rayonu ərazisində Arakül, Zəngilan rayonu ərazisində Cahangirbəyli və Xumarlı, Qubadlı rayonu ərazisində Muğanlı tikinti materialları yataqlarında, Ağdam rayonu Xaçınçay qum-çınqıl yatağında geoloji qiymətləndirmə işləri başa çatdırılaraq müxtəlif tikinti və yol infrastrukturlarının qurulması sektorlarında istifadəyə verilib.

Ağdam rayonu ərazisində yerləşən Şahbulaq tikinti daşı yatağının, Füzuli rayonunda yerləşən Dövlətyarlı tikinti daşı yatağının və Kürdmahmudlu gil yatağının istismara verilməsi istiqamətində iş aparılır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar