Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT Rusiyanın Ukraynada hərbi cinayətləri ilə bağlı hesabat yayıb

BMT Komissiyası Rusiyanın Ukrayna ərazisində törətdiyi hərbi cinayətlər barədə məlumat verib...

Poliqon.info xəbər verir ki, BMT-nin Ukraynadakı pozuntuları araşdıran komissiyası müharibə zamanı hərbi cinayətlərə dair hesabat dərc edib.

Komissiya hesabatda ilk dəfə olaraq Rusiya və Ukrayna ordularının Kiyev, Sumı, Xarkov və Çerniqov vilayətlərindən kənarda hərəkətlərini qiymətləndirib. Sənədin müəllifləri Rusiyanın hərbi cinayətlərini, o cümlədən ukraynalı uşaqların Rusiya tərəfindən Ukraynadan çıxarılmasını, mülki şəxslərə hücumlarını, qəsdən adam öldürmələrini, qeyri-qanuni həbs və işgəncələri təsdiqləyiblər.

Hesabatın dərci Rusiyanın Mariupoldakı dram teatrına hücumunun ildönümünə təsadüf edib. Komissiyanın topladığı sübutlar göstərir ki, Rusiya tərəfi Ukraynanın və Rusiyanın bir çox regionlarında beynəlxalq humanitar hüququn, bəziləri hərbi cinayətlərə bərabər olan geniş spektrli pozuntulara yol verib.

Komissiya həmçinin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədilmiş az sayda pozuntuları, o cümlədən ayrı-seçkilikdən kənar hücumlar və hərbi əsirlərə işgəncə verilməsi ilə bağlı iki hadisəni sənədləşdirib ki, bu da müharibə cinayəti kimi qiymətləndirilir.

Hesabat müəllifləri Rusiyanın Ukraynadan uşaqları çıxarmasını müharibə cinayəti adlandırıblar. Komissiya Rusiya hakimiyyətinin ukraynalıları Rusiyaya apardığı zaman üç əsas vəziyyəti müəyyən edib: uşaq valideynlərini itirdikdə və ya onlarla müvəqqəti əlaqəni kəsdikdə, filtrasiya zamanı uşaq valideynlərindən ayrıldıqda və uşaq evindən çıxanda...

Ekspertlər Donetsk, Xarkov və Xerson vilayətlərindən 164 uşağın köçürülməsi hallarını təhlil ediblər. Hesabatda qeyd edilib ki, araşdırılan vəziyyətlərin heç birində uşaqların köçürülməsi beynəlxalq humanitar hüquqla müəyyən edilmiş tələblərə cavab verməyib.

Komissiya Rusiya hakimiyyəti tərəfindən Çerniqov, Donetsk, Xarkov, Xerson, Kiyev, Sumi və Zaporojye vilayətlərində, habelə Rusiya ərazisində məhbuslara işgəncə verilməsinin geniş yayılmış təcrübəsini aşkar edib. Qurbanların əksəriyyəti kişilər olub, Ukrayna silahlı qüvvələrinin fəal və ya keçmiş hərbçiləri və onların qohumları xüsusilə ağır işgəncələrə məruz qalıblar.

BMT Komissiyası rus hərbçilərinin “Leninə zəng etmək” və ya “Putini çağırmaq” kimi adlandırdıqları işgəncə növünü də təsvir edir. Bildirilir ki, qurbanlara naqillər ayaqlara, barmaqlara və ya cinsiyyət orqanlarına bağlanan Tapik hərbi səhra telefonundan istifadə edərək elektrik cərəyanı ilə işgəncə edilib.

Oktyabrın 10-dan Ukrayna şəhərlərində mülki infrastrukturun atəşə tutulması da hərbi cinayətlər kimi təsnif edilə bilər, lakin onların nəticələrinin araşdırılması davam edir. Hesabatda qeyd edilir ki, hücumlar Ukraynanın 24 vilayətindən 20-nə təsir edib.

“Bütün bölgələr və milyonlarla insan bir müddət, xüsusən qışda işıqsız və istiliksiz qaldı və nəticədə su, kanalizasiya, qida, səhiyyə və təhsilə çıxışı məhdud oldu”, deyə sənəddə bildirilir.

Komissiya bildirib ki, mülki infrastruktura zərbələrin insanlığa qarşı cinayət sayıla biləcəyini müəyyən etmək üçün əlavə təhqiqat aparılmalıdır.


Komissiya mülki şəxslərə və enerji ilə bağlı infrastruktura hücumlar, qəsdən adam öldürmələr, saxta həbslər, işgəncələr, zorlamalar və digər zorakılıq formalarını müharibə cinayətləri kimi təsnif edib.

Komissiyanın rəhbəri Erik Mese jurnalistlərə bildirib ki, komissiya hələlik Ukraynada soyqırım olduğuna inanmır. O əlavə edib ki, bəzi faktlar mümkün soyqırımla bağlı suallar yaradır.

Xatırladaq ki, oktyabr ayında BMT-nin Ukraynada Hüquq Pozuntularının Araşdırılması üzrə Komissiyası ötən ilin fevral və mart aylarında Kiyev, Sumı, Xarkov və Çerniqov vilayətlərində törədilmiş hərbi cinayətləri təhlil edən ilk hesabatını dərc edib.

Martın 13-də The New York Timesqəzeti öz mənbələrinə istinadən yazıb ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Ukraynadakı cinayətlərə görə Rusiyaya qarşı iki iş açmaq niyyətindədir. Onlardan biri ukraynalı uşaqların oğurlanması, ikincisi mülki infrastruktura qəsdən hücumlarla bağlıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar