Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinin Yaxın Şərqdə artan nüfuzu, ABŞ-ın narahatlığı və dəyişən strateji balans...

Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin sağlamlaşdırılması prosesi dünya siyasətində şok effekti kimi dəyərləndirilir...

Siyasi-şərhçi: “Çin artıq güclü bir rəqib kimi Yaxın Şərqə aktiv şəkildə daxil olub və bu doğrudan da Yaxın Şərqdə bir çox daşları yerindən oynadır”.

“İndi Çin real, siyasi, qlobal güc olaraq Yaxın Şərqə gəlir. Bu da Yaxın Şərqdə indiyə qədər mövcud olan mənzərəni əsaslı şəkildə dəyişir”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə İran arasındakı münasibətlərin sağlamlaşdırılmasından sonra səsləndirilən müxtəlif fikirləri Poliqon-a şərh edərkən qeyd edib.

Son günlər Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin sağlamlaşdırılması prosesi sürət alıb. Verilən məlumatlara görə, Pekindəki son görüşdə tərəflər səfirliklərin fəaliyyətə başlaması ilə bağlı razılığa gəliblər.

Lakin Səudiyyə Ərəbistanı ilə İran arasındakı bu yaxınlaşma dünyanın bir çox siyasi mərkəzlərində ciddi narahatlıq doğurub. Xüsusən İsrail və ABŞ-da bu razılaşmanı az qala geosiyasi fələıət kimi qarşılanıb. İstər Vaşinqtonda, istərsə də Təl-Əvivdə Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin sağlamlaşdırılması prosesi dünya siyasətində şok effekti kimi dəyərləndirilir.

Son olaraq bu məsələ ilə bağlı danışan ABŞ-ın keçmiş Dövlət Katibi Henri Kissincer bildirib ki, İranSəudiyyə Ərəbistanının yaxınlaşması strateji balansın pozulmasl deməkdir.

Bəs Səudiyyə Ərəbistanı ilə İran arasında bu yaxınlaşma Yaxın Şərqdəki proseslərı, xüsusən İsrailin regiondakı hakim mövqeyinə necə təsir edə bilər və bu yaxınlaşmanın Çinin vasitəçiliyi ilə həyata keçirilməsi əslində nədən xəbər verir?

Yaxın Şərqdə baş verən prosesləri Poliqon.info-nun əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Əgər, bu münasibətlər həqiqətən də tənzimləməyə doğru gedəcəksə, Yaxın Şərqdə tamam yeni bir situasiya yaranacaq”.

Bu gün yaranmış reallığın təkcə İsrailin mövqelərinə xələl gətirmədiyini nəzərə çatdıran ekspert bildirib ki, bu, həmçinin Türkiyənin və Rusiyanın bölgədəki mövqelərinə xələl gətirir:

“Çinin İranı və Səudiyyə Ərəbistanını bir aya gətirməsi bir neçə amildən xəbər verir. Əvvəla, bu göstərir ki, Çin Yaxın Şərqdə ciddi və açıq oyunçuya çevrilir. Təbii ki, Çin super gücdür və bunu heç kim inkar etmir. Digər tərəfdən isə Çin tamam fərqli yanaşma ortaya qoyur. Bu daha çox Rusiyanın bölgəyə yanaşmasına yaxındır. Yəni Rusiya da daim çalışırdı ki, İran Səudiyyə münasibətlərini tənzimləməklə Yaxın Şərqdə özünə bir müttəfiq tandem qazansın. Amma Rusiyada bu səylər alınmadı.

Gördüyümüz kimi bu Çində alındı. Bu da bölgənin mənzərəsini demək olar ki, dəyişmək ərəfəsinə gətirib çıxarır. Çünki bölgədə bir çox münasibətlər məhz bu iki dövlətin, İranın və Səudiyyə Ərəbistanının qarşıdurması rakursundan nəzərdən keçirilirdi. Onların konfliktləri özünü müxalifət yerlərdə - İsrail və Fələstində, Bəhreyndə, Yəməndə, İraqda, Suriyada və bir çox yerlərdə göstərir.

Ərəstun Oruclu: “Səudiyyə Ərəbistanı ilə İranı bir masa arxasına əlyəşdirə bilən Çin demək olar ki, bölgədə iki güclü tərəfdaşa nail olur”.

Əgər, bu münasibətlər həqiqətən də tənzimləməyə doğru gedəcəksə, Yaxın Şərqdə tamam yeni bir situasiya yaranacaq. Bilirik ki, İsrail çox cəhdlər etdi ki, Ərəbistan yarmadası ölkələri ilə münasibətlərini bərpa etsin. İsrail bu istiqamətdə xeyli uğur da qazanıb. İsrail ilk növbədə Birləşmiş Ərəb Əmirlikləri və Qətərlə, hətta Səudiyyə Ərəbistanı ilə münasibətlərdə müəyyən irəliləyişlər əldə edib.

Amma bu gün yaranmış reallıq İsrailin mövqelərinə çox ciddi şəkildə xələl gətirəcək. Dediyim kimi, əgər bu prosesin davamı olacaqsa, bu İsrailə ziyan edəcək.

Onu da qeyd edim ki, bu təkcə İsrailin mövqelərinə xələl gətirmir. Bu Türkiyənin və Rusiyanın bölgədəki mövqelərinə xələl gətirir. Çünki İrana daha geniş manevr imkanları yaranır. Bu həmçinin ABŞ-ın bölgə ilə bağlı siyasətinə ciddi təsir edir. Yəni Səudiyyə Ərəbistanı ilə İranı bir masa arxasına əlyəşdirə bilən Çin demək olar ki, bölgədə iki güclü tərəfdaşa nail olur. Bu da Çinin Yaxın Şərqdə rolunun artması deməkdir ki, şübhəsiz ki, ABŞ-ın planlarında bu yoxdur. Əslində, Rusiyanın da planlarında bu yoxdur.

Ərəstun Oruclu: “İran təzyiqi və İran təhdidi sayəsində məhz Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri ABŞ-la müttəfiqliyi xüsusi önəm verirlər. İndi isə bu mənzərə dəyişib”.

Belə olan halda, şübhəsiz ki, bölgədə Türkiyənin də rolu dəyişir. ABŞ-la Türkiyə arasında olan ziddiyyətlər indi ABŞ üçün arxa plana keçir. Eyni zamanda İsrail də bu məsələdə maraqlıdır. Çünki İran təzyiqi və İran təhdidi sayəsində məhz Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri ABŞ-la müttəfiqliyi xüsusi önəm verirlər. İndi isə bu mənzərə dəyişib.

Yəni gördüyümüz kimi, Çin artıq güclü bir rəqib kimi Yaxın Şərqə aktiv şəkildə daxil olub və bu doğrudan da Yaxın Şərqdə bir çox daşları yerindən oynadır. Bildiyimiz kimi, iqtisadi baxımından, kommunikasiyaların çəkilməsi, qurulması baxımından Çinin bölgədə çox böyük investisiyaları var idi. Amma indi Çin real, siyasi, qlobal güc olaraq Yaxın Şərqə gəlir. Bu da Yaxın Şərqdə indiyə qədər mövcud olan mənzərəni əsaslı şəkildə dəyişir.

Düşünürəm ki, Çinin bölgədə rolu artacaq. Artıq bu beləgörünür”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar