Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailin Ukraynaya hərbi yardım imkansızlığı…

Netanyahu: Rusiya ilə Suriya ilə bağlı razılaşma fonunda İsrail Ukraynaya yardımı məhdudlaşdırıb…

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, onun ölkəsi Rusiya ilə Suriya üzrə razılaşma fonunda Ukraynaya dəstək məsələlərində məhdud imkanlara sahibdir.

Poliqon.info xəbər verir ki, İsrailin Baş naziri bunu Almaniya kansleri Olaf Şolzla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

“Açığını deməliyəm, çətin vəziyyətimiz var. İsrail və Rusiya pilotları Suriya hava məkanında bir-birinə yaxın uçurlar”, deyə Netanyahu bildirib.

Baş nazir Rusiya tərəfi ilə müəyyən razılaşmaların əldə olunduğunu etiraf edib: “Biz razılaşdıq ki, bir-birimizin təyyarələrini vurmayacağıq. Bizdən fərqli olaraq, Avropa ölkələrinin belə bir öhdəçiliyi yoxdur”.

Netanyahu bildirib ki, bu məhdudiyyətlər fonunda İsrail hələ də Ukraynaya humanitar yardım göstərməyə çalışır. Həmçinin, onun sözlərinə görə, Təl-Əviv Kiyevə mülki müdafiə və erkən xəbərdarlıq sistemləri sahəsində kömək edir.

Qeyd edək ki, fevralın əvvəlində Netanyahu bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı İsrailin maraqlarına xidmət edən və Rusiyanın Yaxın Şərqdəki milli maraqlarını pozmayan kompromis əldə olunub. Siyasətçi qeyd edib ki, onun ölkəsi Rusiya ilə qarşıdurmanı və Suriyanın hava məkanında iki dövlətin hərbi təyyarələri arasında insidentlərin olmasını istəmir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar