Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Turan və Tural qardaşları: “Finalda ilk onluğun içərisində olacağıq”

Bütün dünyaya sübut edirik ki, Azərbaycanın heç kimdən mahnı almağa ehtiyacı yoxdur...

“Bir neçə məşhur tok-şou proqramını izləyərək, ingilis dilini mənimsəmişik”.

Bu sözləri Azərbaycanı bu il “Avroviziya” mahnı müsabiqəsində təmsil edəcək Tural və Turan Bağmanovlar lent.az-a müsahibədə deyiblər.

Müsahibəni təqdim edirik:

- Tural və Turan, oxşarlığınız və musiqi bacarığınızla, demək olar ki, hər kəsi təəccübləndirmisiniz. Maraqlıdır, musiqi təhsiliniz varmı?

- 2000-ci ildə Zaqatala şəhərində anadan olmuşuq və heç bir musiqi məktəbinə getməmişik. Vokal sənəti üzrə Sumqayıt Musiqi Kollecində təhsil almışıq. Xarici dili seriallara, kinolara baxaraq öyrənmişik. Bundan başqa, bir neçə məşhur tok-şou proqramını izləyərək, ingilis dilini mənimsəmişik.

- Məlumatıma görə, ata və qardaşlarınızı qəza nəticəsində itirmisiniz. Bununla bağlı həyatınızda hansı çətinliklərlə qarşılaşmısınız?

- Atamızı və özümüzdən böyük iki qardaşımızı itirməyimiz, həqiqətən də, yaşadığımız ən böyük çətinlik olub. Təbii ki, maddi sıxıntılar çəksək də, həmişə öz ayaqlarımız üzərində dayanmağa çalışmışıq. Bundan əlavə, Turan iki il hərbi xidmətdə olub. Biz həmişə bir yerdə olduğumuz üçün bu müddət ərzində çətinlik çəkdik. Yaşadığımız çətinliklərə baxmayaraq, qarşımıza məqsəd qoymuşuq ki, irəli gedəcəyik. Çünki bütün bunlar insanı zəiflətməməlidir. Əksinə, biz gücləndik və özümüzü sübut etdik.

- Deyirlər ki, əkizlər o qədər fərqli auraya sahibdirlər ki, elə bil Zaqatalada deyil, Avropada dünyaya gəliblər. Zaqatala sizin üçün nə ifadə edir?

- Zaqatalaya getdiyimiz zaman ruhumuz dincəlir. Oranın yeməkləri, təbiəti və evimiz bizim üçün əvəzolunmazdır. Zaqatalanı sevirik.

- Bəs çatmaq istədiyiniz, ən çox xəyalını qurduğunuz nədir?

- Əfsanəyə çevrilmək istəyirik. Gələcəkdə geriyə dönüb baxdığımız zaman yüzlərlə mahnı və albomumuzun olduğunu görmək, qlobal musiqi sahəsində olmaq istəyirik. Əsas bu məqama çatmaq istəyirik. Daim yolda olmaq, dünya turuna çıxmaq arzumuzdur. Ən çox xəyalını qurduğumuz hadisə isə bir çox musiqiçilər kimi, “Grammy” səhnəsinə çıxmaqdır.

- Ölkəmizi təmsil edəcəyinizi öyrəndiyiniz an nələr yaşadınız? Sevincinizi ilk kiminlə bölüşdünüz?

- Açığı, heç kəsə zəng etmədik. Nəticə açıqlandıqdan beş dəqiqə sonra hər kəs artıq bilirdi ki, biz seçilmişik. Həmin an nə hiss etdiyimizi ancaq yaşayan bilər. Əvvəl başa düşmürdük, şokda idik. Bu hadisəyə necə reaksiya verəcəyimizi anlamırdıq. Çox fərqli bir hissdir. İndi anlayırıq ki, bu, realdır və mahnımızı bütün dünya dinləyir. Bundan başqa, bizi artıq tanıyırlar. Bunun üçün çox minnətdar və xoşbəxtik.

- Azərbaycanlı ifaçılardan kimləri dinləyirsiniz?

- Ən çox dinlədiyimiz “Rast” və “No land” qrupları, Rasim Müzəffərlidir.

- “Avroviziya 2023”dən gözləntiləriniz nələrdir? Favoritləriniz kimlərdir?

- İlk olaraq deyə bilərik ki, finala kimi gedəcəyik. Hətta finalda ilk onluğun içərisində olacağıq. Bu müsabiqəyə öz mahnımızla qatılırıq. Gəlin bununla fəxr edək və dəstək olaq. Bütün dünyaya sübut edirik ki, Azərbaycanın heç kimdən mahnı almağa ehtiyacı yoxdur. İnsanların bizə inanmağını istəyirik. Siz inanın və dəstəkləyin ki, biz də var gücümüzlə işləyək. Dünyaya Azərbaycanın nə qədər yaradıcı ruhlu, istedadlı insanlarının olmasını sübut edəcəyik.

Favoritlərimizə gəlincə isə bunlar Malta, İslandiya və İrlandiyanın təmsilçiləridir.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar