Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qorbaçov və Çazov Çernenkonu necə sıradan çıxarıb? – Qoca liderin sürətləndirilən əcəli

Çernenkonun fiziki cəhətdən zəifləməsi Qorbaçovun planlarının reallaşmasını sürətləndirib...

“1984-cü ilin iyulun 15-də “Pravda” qəzetində Mərkəzi Komitənin baş katibi Konstantin Çernenkonun məzuniyyətə çıxması haqqında rəsmi məlumat dərc edilmişdi. Səhərisi gün o, Stavropola yola düşdü, Kislovodsk ərazisindəki dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən “Sosnovıy Bor” sanatoriyasında Çernenko üçün bütün şərait yaradılmışdı. Baş katib hələ yola çıxmazdan əvvəl həkimlər mənə bildirdilər ki, həmin sanatoriyanın yerləşdiyi məkan, dağ havası Çernenkonun ağciyərlərindəki problemlərə uyğun deyil. Nədənsə bu xəbərdarlığa heç kim məhəl qoymadı. Çünki bu istirahəti baş katib üçün Mərkəzi Komitənin katibi Mixail Qorbaçov və Kremlin baş həkimi Yevgeni Çazov təşkil etmişdilər. Sonralar Çernenkonun həyat yoldaşı Anna Çernenko da bildirmişdi ki, nədənsə baş katibi həmişə istirahət etdiyi Krıma deyil, Şimali Qafqaza göndəriblər, dağ havası isə onun səhhəti üçün əks göstərici idi...”

Bu ifadələr Çernenkonun köməkçisi Viktor Pribıtkovun xatirələrində qeyd edilib.

Maraqlıdır, Qorbaçov və Çazovun baş katibi Şimali Qafqaza istirahətə göndərməkdə məqsədləri nə olub? Hər halda Çazov bir həkim kimi Kislovodsk dağlarının Çernenkonun sağlamlığı üçün uyğun olmadığını hamıdan yaxşı bilib.

Leonid Brejnevin hakimiyyəti dövründə Çernenko Mərkəzi Komitənin ən əsas fiqurlarından biri olub. Baş katibə yaxınlığı ilə o, hamını üstələyib. Çernenkonu üstün edən cəhətlərdən biri onun ölkənin bütün sahələri üzrə zəngin informasiyaya sahib olması olub. Hətta Çernenko DTK daxilindəki bütün proseslər haqqında da informasiyalarla təmin edilib. Çernenkonu “vacib” edən amillərdən digəri Brejnevin qəbuluna yalnız onun vasitəsi ilə düşməyin mümkünlüyü olub. Mixail Suslov istisna olmaqla Mərkəzi Komitənin katibləri, nazirlər, komitə sədrləri, o cümlədən DTK sədri, müttəfiq respublikların rəhbərləri yalnız Çernenko vasitəsi ilə birinci şəxsin qəbuluna düşmək imkanı qazanıblar.

Çernenkonun daha bir üstün cəhəti digər həmkarlarından fərqli olaraq sağlam olması olub. 1983-cü ilə qədər Çernenkonun səhhəti ilə bağlı Kreml xəstəxənasına ciddi bir müraciəti olmayıb. 70 yaşı olanda Çernenko Kremldə ən məhsuldar işləyən məmurlardan biri sayılıb. Sözsüz ki, bu da gələcəkdə birinci kürsüyə sahib olmaq üçün Çernenkonun şansını artırıb. Belə bir ümumi durumda birinciliyə iddialıların Çernenkonu hədəf seçməsini təbii saymaq olar.

Yuri Andropov da DTK sədrliyindən Mərkəzi Komitəyə katib gedəndə Çernenkonu özünə ən ciddi rəqib kimi qəbul edib. Brejnevin vəfatından sonra Çernenkonun baş katib olması tam real görünsə də Dmitri Ustinov və Andrey Qromıkonun təşəbbüsü ilə Andropov baş katib seçilib. Sabiq DTK sədri birinci kürsüyə sahib olsa da, o, Çernenkonu özünə yenə də rəqib sayıb. Məhz buna görə də Andropov baş katib kimi fəaliyyətinin ilk həftələrində Çernenkonun bir sıra səlahiyyətlərini əlindən alıb. Andropov tərəfindən Mərkəzi Komitədə yüksək vəzifə tutanlar arasında Çernenkonun səlahiyyətləri bölünüb. Bu da bir faktdır ki, Andropovun 15 aylıq hakimiyyəti dövründə Çernenko mötəbər tədbirlərdə və xüsusi partiya tapşırıqlarının icrasında çox az görünüb, mərkəzi televiziya və mətbuat onu az işıqlandırıb.
Hələ Andropovun sağlığında onun səhhətinin problemli olması Kremldə qruplaşmaların yaranmasına səbəb olub ki, bu qruplaşmalar arasında baş katib postu uğrunda gizli mübarizələr başlanıb. Bu “cəbhə”nin ən fəal üzvü isə Mixail Qorbaçov olub.

Qorbaçov nə qədər canfəşanlıq etsə də, Andropovun vəfatından sonra baş katib kürsüsünə sahib ola bilməyib. Köhnə komanda Çernenkonu baş katib seçib.

Çernenkonun sağlıq durumunda ciddi problemlər hələ baş katib olmazdan bir neçə ay əvvəl, 1983-cü ilin avqust-sentyabr aylarında başlayıb. Hər il Krımda istirahət və müalicədən sonra özünü daha gümrah hiss edən katib bir çox hallarda mühafizəçiləri də özündən kənarlaşdırıb, üzgüçülük və digər idman prosedurları zamanı onların müşayiətinə imkan verməyib.

1983-cü ildə Krımda istirahətdə olarkən SSRİ daxili işlər naziri Vitali Fyodorçuk Çernenkoya ev şəraitində hazırlanmış hisə verilmiş balıq göndərib. Adətən, Çernenokonun istifadə etdiyi ərzaq məhsulları istər Moskvada, istərsə də Krımdakı dövlət bağında xüsusi laboratoriyadan keçirilib. Ancaq bu dəfə bu qaydaya riayət edilməyib. Fyodorçukun Çernenko ilə yaxın münasibətləri nəzərə alınaraq nazirin göndərdiyi hisə verilmiş balıq laboratoriya nəzarətindən keçməmiş katibin menyusuna daxil edilib. Balığın qəbulundan sonra Çernenkonun səhhətində ciddi problemlər yaranıb. Moskvadan Krıma mütəxəssislər göndərilib. Həkimlərin ümumi rəyindən sonra Çernenkonu təcili Moskvaya aparıblar. Uzun müddətli müalicədən sonra Çernenkonun səhhətində stabillik yaratmaq mümkün olub. Amma balıqdan zəhərlənmə onun ağciyərlərində ciddi fəsadlar qoyub.

Çernenkonun fiziki cəhətdən zəifləməsi Qorbaçovun planlarının reallaşmasını sürətləndirib. Həmin ərəfədə Qorbaşovla Çazov olduqca sıx dostluq münasibətlərində olublar. Məhz 1984-cü ildə Çernenkonu onlar birlikdə Qafqaz dağlarına göndəriblər. Yuxarıda qeyd etdiyimiz sualın, “məqsəd nə olub” sualının cavabını da buradan tapmaq olar. Bütün həkim heyəti dağ havasının Çernenkonun səhhətinə mənfi təsir göstərəcəyini bilsə də, Çazovun iradəsinə zidd gedə bilməyib. Bununla da Çernenkonun ölümünü bir az da sürətləndiriblər.

Bəli, bu məsələdə Qorbaçov-Çazov planı işləyib. Sonralar Qarboçovla Çazov bir-birinə düşmən kəsiləndə Çazov jurnalistlərə bu məsələ haqqında aşağıdakı kimi açıqlama verib:

“Qorbaçov bir çox məsələlərdə günahkardır, mən onun haqqında hər şeyi bilirəm, hakimiyyətə necə gəldiyini, həmkarlarına riyakar münasibətini, Kremldə qurduğu oyunları da. Növbəti xatirələr kitabında mən bütün bunları ən kiçik detallarına qədər açıqlayacağam...”

Amma hansısa səbəblərdən həmin xatirə kitabı işıq üzü görməyib.

İlham Cəmiloğlu(Musavat.com)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar