Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşğaldan azad edilmiş ərazilərdəki kütləvi məzarlıqlarda 115 meyit qalığı tapılıb

“Ümumiyyətlə, Üçtərəfli Bəyanatın imzalanmasından ötən müddət ərzində aidiyyəti dövlət qurumlarının mütəxəssisləri tərəfindən ehtimal edilən 415 şəxsə aid meyit qalığının eyniləşdirilməsi üçün təxirəsalınmaz və zəruri işlər aparılır”.

Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

“Qeyd etdiyim kimi, bu qalıqlardan 117-si qarşı tərəfdən (Ermənistan) verilib. 115-i 2021-ci ilin fevral ayından 2022-ci ilin noyabr ayınadək işğaldan azad edilmiş Şuşa rayonu Daşaltı kəndi, Xocavənd rayonu Edilli kəndi, Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi, Xocalı rayonu Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış qazıntı və ekshumasiya zamanı, həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Kəlbəcər, Tərtər, FüzuliZəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən müəyyən edilib. 183 meyit qalığı isə I Qarabağ müharibəsi zamanı şəhid olmuş və Respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqda tanınmadan dəfn edilmiş şəxslərə aiddir”, - İsmayıl Axundov qeyd edib.
 
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar