Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraildə məhkəmə islahatlarına qarşı kütləvi etirazlar keçirilir – Bu etirazlar barədə nə məlumdur?..

Martın 11-də ölkədə müxalifətin ölkə tarixində ən böyük" adlandırdığı növbəti mitinq baş tutub…

İsraildə üçüncü aydır ki, ədliyyə islahatlarına qarşı etirazlar keçirilir. Etirazçılar hesab edirlər ki, planlaşdırılan islahatlar Ali Məhkəməni zəifləməsinə və Parlamentin mövqeyini gücləndirməyə hesablanıb.

Poliqon.info xəbər verir ki, bu barədə İsrailin Haaretz nəşrinin məqaləsində bildirilir.

Müxalifətin hesablamalarına görə, martın 11-də İsrail şəhərlərinin küçələrinə 500 minə qədər insan çıxıb. (Qeyd edək ki, 2022-ci ilin statatistik məlumatına görə ölkə əhalisinin sayı təxminən 9,5 milyon nəfərdir). “The Jerusalem Post”un məlumatına görə, Təl-Əvivdə 250 minə yaxın nümayişçi küçələrə çıxıb. Orada etirazçılar polis barrikadalarından yan keçərək şəhərin Ayalon şossesində nəqliyyatın hərəkətini kəsə bilsələr də, tezliklə yol təmizlənib.

Eyni zamanda Hayfada 50 000, Raananda 9 000, Kiryat Onoda 3 500, Rehovotda 3 000-dən çox, Beerşebada 1 000 nəfər küçələr çıxıb. Müşahidəçilərin fikrincə aksiyada rekord sayda insan iştirak edib. Eyni zamanda, əvvəlki aksiyalarda da etirazçılar təhlükəsizlik qüvvələri ilə toqquşub.

Müxalifət nə deyir?

İsrail müxalifətinin lideri və keçmiş baş nazir Yair Lapid deyib ki, İsrail tarixinin ən böyük böhranını yaşayır.

“Bizi terror dalğası vurur, iqtisadiyyatımız çökür, ölkədən xaricə pul axır. Lakin bu hökumətin qayğısına qaldığı yeganə şey İsrail demokratiyasının əzilməsidir”, deyə Lapid etirazçılara müraciətində bildirib.

Etirazların başlamasına az qalmış mitinq təşkilatçıları yenidən islahatın həyata keçirilməsi ilə razı olmadıqlarını bəyan ediblər və həmçinin vurğulayıblar ki, hakimiyyət yaxın günlərdə qanun layihəsinin qəbulunun dondurulacağını elan etməsə, etirazlar daha intensivləşəcək..

“The Jerusalem Post” qeyd edib ki, İsrail Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Əmir Eşel, istefada olan polis komisarı Moşe Karadi və istefada olan hakim Hila Qerstel nümayişçilərin tərəfində çıxış ediblər. Əvvəllər hüquqşünaslar, İTmütəxəssisləri və hətta hərbçilər xəbərdarlıq ediblər ki, islahat həyata keçirilərsə, onlar öz vəzifələrini yerinə yetirməkdən imtina edəcəklər.

Hökumət nə deyir?

İsrailin baş naziri Benyamin Netanyahu isə öz növbəsində bildirib ki, islahat əleyhinə çıxmaq sadəcə olaraq hökuməti devirmək üçün bəhanədir.

“Müxalifətin iki aydır bizim dəfələrlə danışıqlara dair çağırışlarımıza cavab verməməsi onu göstərir ki, müxalifət islahatlarda deyil, anarxiya yaratmaqda və seçilmiş hökuməti devirməkdə maraqlıdır”, deyə İsrailin baş naziri bildirib.

Netanyahu həmçinin dürüst, səmimi, vətənpərvər, ölkənin qayğısına qalan insanların hakimiyyətlə danışmağa hazır olan olacağına ümid etdiyini bildirib.

Məhkəmə islahatlarında vətəndaşları nə qane etmir?

2022-ci il dekabrın sonunda İsraildə Benyamin Netanyahunun başçılıq etdiyi hökumət hakimiyyətə gəldi və yeni hakimiyyət məhkəmə sistemində də daxil olmaqla, yeni islahatlar planını elan etdi. İslahatlara görə, parlament çoxluğu Ali Məhkəmənin hakimlərinin seçiminə nəzarəti ələ keçirməlidir ki, bu da İsrail parlamentinin qəbul etdiyi qanunları qüvvədən salmaq imkanını itirilməsi demək anlamına gəlir. Fevralın ortalarında məhkəmə-hüquq islahatları haqqında qanun parlamentdə (Knessetdə) birinci oxunuşdan keçib, martın 12-də isə parlamentarilər ikinci və üçüncü (yekun) oxunuşlara hazırlığa başlayıblar.

Netanyahu iddia edir ki, islahat hakimlərin səlahiyyətlərindən sui-istifadə etməsinin qarşısını almaq məqsədi daşıyır. İslahatın əleyhdarları da öz növbəsində hesab edirlər ki, bu, məhkəmə hakimiyyətinin müstəqilliyini məhv edəcək.

İsrail prezidenti İshaq Hersoq da islahatın əleyhinədir. Martın 9-da İsrail prezidenti xalqa müraciətində qanun layihəsini ölkənin demokratik əsaslarını sarsıtdığını, ölkədə xaos yaratdığını qeyd edərək, isahatları repressiv adlandırıb və höküməti islahatdan əl çəkməyə çağırıb.

Bununla yanaşı, Hersoq əlavə edib ki, hakim koalisiya və müxalifət ölkənin “uçurumdan düşməsinin” qarşısını almaq üçün İsrailin maraqlarını siyasi qarşıdurmadan üstün tutmalıdır. Bundan əlavə, o, etirazların baş verdiyi son üç ayda kompromis islahat variantı üzərində işlədiyini və ölkənin bütün ideoloji spektrlərinin nümayəndələri ilə bunları müzakirə etdiyini bildirib.

“Əksər məsələlərdə razılıq əldə olunub”, deyə prezident qeyd edib.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar