Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml divarlarının sonuncu “sakin”i – 33 yaşında nazir olan Ustinovla bağlı maraqlı faktlar

Stalinin kabinetində yarım saatlıq söhbətdən sonra Ustinov komissar vəzifəsinə təyin edilib...

O, SSRİ-nin ən ağır dövründə, sovet-alman müharibəsinin başlanmasına bir neçə gün qalmış ölkənin silah komissarı (naziri) vəzifəsinə təyin edilib. Həmin vaxt Dmitri Ustinovun cəmi 33 yaşı olub. Məhz həmin ərəfədə kəşfiyyatın Almaniyanın SSRİ-yə hücumu ilə bağlı məlumatları Stalini Silah Komissarlığının işinin təşkilini daha da təkmilləşdirməyə vadar edib. O cümlədən bu quruma rəhbər təyin etmək məsələsi də gündəmə gəlib. Belə ki, Boris Vannikov həbs edildiyindən komissar kürsüsü boş qalıb. Namizədlər müzakirə olunanda Lavrenti Beriya Ustinovu Stalinə təqdim edib:

İosif Vissarioniviç, bu cavan oğlan sizin etimadınızı doğruldacaq.
Stalinin kabinetində yarım saatlıq söhbətdən sonra Ustinov komissar vəzifəsinə təyin edilib.

1908-ci ildə Samarada fəhlə ailəsində anadan olan Ustinov hərbi xidmətə çağırış yaşından əvvəl 15 yaşından orduda xidmətə başlayıb. O, əvvəlcə rabitəçi kimi xidmət edib, daha sonra 12-ci Türküstan alayında əksinqilabçılara qarşı mübarizəyə qatılıb.

Ustinov hərbi xidmətdən tərxis olunduqdan sonra Kostromoda texniki peşə məktəbində təhsil alıb. Bir müddət İvanovo şəhərindəki kağız kombinatında çilingər işlədikdən sonra təhsilini həmin şəhərdəki Politexnik İnstitutunda davam etdirib. Tələbəlik illərindən Kommunist Partiyasının üzvü olan Ustinov bu ali təhsil ocağında komsomol təşkilatının katibi vəzifəsini daşıyıb.

Ustinovun ali təhsildən sonrakı fəaliyyəti hərbi sənaye müəssisələri ilə bağlı olub. O, 1941-ci ilə qədər Leninqraddakı Artileriya elmi-tədqiqat institutunda və “Bolşevik” zavodunda işləyib. O cümlədən digər zavodlar hərbi təyinata keçiriləndə Ustinov mütəxəssis kimi aparılan işlərə rəhbərlik edib.

Ustinov çox qısa müddətdə bacarıqlı mütəxəssis kimi tanınıb, onun hərbi sənaye sahəsindəki səmərəşdirilici təklifləri, bu sahənin işini təkmilləşdirilməsində xidmətləri Kremlin diqqətindən kənarda qalmayıb. O həmçinin ünsiyyətcil, fikirlərini məntiqlə əsaslandırmaq bacarığı ilə də fərqlənib. Elə bu xüsusiyyətlərinə görə Beriya onun komissar olmasının təşəbbüskarı olub.

33 yaşında nazir kürsüsünə əyləşən Ustinov ömrünün sonuna, 1984-cü ilə qədər SSRİ-də ən yüksək vəzifələri tutub. SSRİ müdafiə sənayesi naziri, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Mərkəzi Komitənin katibi, SSRİ-nin müdafiə naziri olan marşal Ustinov həm də 1976-cı ildən Siyasi Büroda təmsil olunub.

Ustinov bütün sovet liderləri ilə çox rahatlıqla dil tapıb. O, ziddiyyətli xarakterə malik olan Stalini razı sala bilib, çılğınlığı ilə fərqlənən Xruşşovla ümumi razılığa gəlməyi bacarıb, Brejnevlə yaxın dostluq münasibəti yaradıb, Andropov onun məsləhətlərinə qulaq asıb, 13 aylıq hakimiyyət dövrünün yarıdan çoxunu xəstəxanada keçirən Çernenko isə Ustonova güvənib.

Araşdırmaçıların qənaətinə görə, Ustinov 1970-ci illərin ortalarından Siyasi Büronun ən nüfuzlu üzvü olub. Həm Andrpovun, həm də Çernenkonun baş katib seçilməsində Ustinov həlledici rol oynayıb. Andropovun vəfatından sonra onun baş katib seçilməyi tam real olsa da, marşal bu vəzifədən könüllü imtina edərək Çernenkoya yol göstərib.

Brejnevlə Ustinovun arasında olduqca yaxın ailəvi dostluq münasibətləri hökm sürüb. Onlar hətta istirahət günlərini, məzuniyyətlərini də birlikdə keçiriblər. Ustinov çox azsaylı məmurlardan biri olub ki, Brejnevin yaşadığı bağa istənilən vaxt gedə bilib.

Yüksək vəzifələr və ali rütbələr daşısa da Ustinov sadəliyi ilə fərqlənib. Bəzən o, gecədən xeyli keçmiş hərbi sənaye müəssisələrinə yollanıb, gecə növbəsində işləyənlərə baş çəkib, hərbi mundirinin üstündən fəhlə paltarı geyinərək dəzgahın arxasına keçib.

Güclü yumor hissinə malik olan marşal Siyasi Büronun iclaslarında da zarafatlarından qalmayıb. İclas başlanmazdan əvvəl o, Brejnevə tez-tez belə müraciət edib:

Leonid İliç, gəlin əvvəlcə SSRİ-nin yığma hokkey komandasının oyunun müzakirə edək, sonra digər məslələrə keçərik.
Ustinovun müdafiə sənayesi ilə bağlı bir neçə nəzəriyyə kitabı da işıq üzü görüb ki, bu kitablardan ali təhsil ocaqlarında dərslik kimi istifadə olunub. O, eyni zamanda hərbi təhsil ocaqlarında mühazirələr də oxuyub.

Ustinov sürət həvəskarı olub. Hələ gənclik illərindən sükan arxasına keçəndə idarə etdiyi nəqliyyat vasitəsinin əyləci olduğunu yadına belə salmaq istəməyib. Bu sürət şakəri bir dəfə onu Stalinin qarşısında çətin vəziyyətə salıb. Belə ki, 1944-cü ildə Ustinov şəhərin mərkəzində motosikletlə böyük sürətlə hərəkət edərkən idarəetməni itirib və qəzaya uğrayıb. Qəza nəticəsində bir ayağı sınıb, digəri isə zədə alıb. Qəza haqqında elə həmin gün İosif Stalinə məlumat verilib. İki gündən sonra Kremldə Stalinin iştirakı ilə nazirlərin müşavirəsi keçirilib. Adətən belə müşavirələrdə Stalin zala daxil olanda bütün nazirlər ayağa qalxıblar. Bu dəfə də Stalin içəri keçəndə Ustinovdan başqa hamı ayağa qalxıb. Stalin bunun səbəbini bilib və müşavirəyə də elə bu məsələdən başlayıb:

Ölkəmiz ağır müharibə aparır. İndi hər bir kadr bu müharibədə özünü qorumalıdır ki, qələbə uğrunda apardığımız mübarizə işi ləngiməsin. Amma bəzi kadrlarımız axmaq hərəkətlərinə görə öz həyatlarını təhlükə altına atırlar, mən bunu heç cür anlaya bilmirəm. Dmitri Fyodoroviç, məgər hökumət sizə xidməti avtomobil ayırmayıb? Siz bu iki təkərin üstündə nə vaxta qədər dörd təkərli avtomobilləri qabaqlayacaqsınız. Görürsünüz, istədiyinizə həmişə nail ola bilmirsiniz, bəxtiniz gətirmir və qəzaya uğrayırsınız. Amma eybi yox, yolda bəxtiniz gətirməsə də, rəhbərlik tərəfindən cəzalandırılmaq məsələsində bəxtiniz gətirib. Bu dəfə mən sizi cəzanlandırmayacağam, icazə verirəm, gedin müalicənizi davam etdirin...

Ustinov bu hadisədən sonra qismən də olsa sürət ehtirasını məhdudlaşdırıb.

Dmitri ustinov 1984-cü ildə 76 yaşında vəfat edib. Marşal hərbi şərəflə dəfn edilib. Onun nəşinin yandırılmış külü Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub. Qeyd edək ki, Ustinov SSRİ-nin yüksək ranqlı dövrlər məmurları arasında nəşinin külünün Kreml divarlarına yerləşdirildiyi sonuncu məmur olub.

İlham Cəmiloğlu(Musavat.com)

Poliqon.info


Etiket: Ustinov .Kremı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar