Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkə Prezidenti tərəfindən müvafiq sahələr üzrə islahatların aparılmasına dair fikirlər səsləndrilib

10.03.2020-ci il tarixdə Azərbaycan Respublikası VI çağırış Milli Məclisinin ilk iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş məzmunlu tarixi çıxış edərək Milli Məclisin fəaliyyətinin təkmilləşməsindən, Avropa İttifaqının Azərbaycan Parlamenti ilə işləməyə hazır olmasından, parlamentin çoxpartiyalı olmasından və müxalifət nümayəndələrinin təmsilçiliyindən söhbət açdı.

Prezidentin çıxışında bütün dövlət qurumlarında kadr islahatlarının aparılması, xalqın narazılığına səbəb olan strukturlarda mütləq şəkildə təmizləmə işləri aparılacağını söylədi. Bildirdi ki, dövlət işində işləmək istəyənlərin niyyəti də, əməli də təmiz olmalıdır.

İslahatların keçirilməsinə parlament xüsusi təkan verəcək. Qanunverici orqan qanunların təftişi ilə də ciddi məşğul olmalıdır. Qəbul edilmiş qanunların, verilmiş sərəncamların icrası hansı vəziyyətdə yerinə yetirilir. Qanun pozuntularına yol verilirmi. Belə hallar aşkarlanarsa onda əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir.

Preziden eyni zamanda milli dəyərlərimizlə bağlı qanunvericilik bazasının geniş olmasını söyləmişdir.

Sosial siyasətlə və gənclər siyasəti ilə bağlı danışarkən Prezident çox qiymətli fikirlər söylədi: “Qanunvericilikdə minimum əmək haqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması diqqət mərkəzində olmalıdır. Ölkə əhalisinin mütləq əksəriyyətinin gənclər olduğu ölkədə gənclərin fəallığı, milli ruhda böyüməsi, xarici təsirlərə düşməməsi, vətənpərvərlik ruhda tərbiyəsi alması üçün qanunverici orqan mühüm addımlar atmalıdır”.

Antiazərbaycan qüvvələrdən, “beşinci kolon”dan söhbət açan Prezident bu yolu xəyanət yolu adlandırdı.

Beynəlxalq fəaliyyətdən danışarkən cənab İlham Əliyev söylədi ki, beynəlxalq təşkilatlarda təmsil olunan deputatlar Azərbaycan həqiqətlərini, tarixi ədaləti, bizim mövqeyimizin çatdırılması üçün böyük işlər görməlidirlər, fəal olmalıdırlar. Bütövlükdə beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimiz məqsədyönlü olmalıdır.Turist səfərləri yox, səmərəli fəaliyyət etməlidirlər. Çəkinmədən hər şeyi öz adı ilə söyləmək lazımdır.

İqtisadi sahədə görülən işlərdə parlament üzvləri hökümət üzvləri ilə sıx təmasda olmalıdır. Məsuliyyət və nəzarət mexanizminin olması ümumi işimizə müsbət təsir edəcək.

Prezident Administrasiyasında parlamentlə iş üzrə xüsusi şöbə yaradılıb, biz parlamentin işinə böyük əhəmiyyət veririk. İqtisadi islahatlar davam edir.
Dinlərarası, mədəniyyətlər arası dialoqun inkişafı ilə bizim parlamentin də rolu çox və təsirli ola bilər. Radikalizmə qarşı geniş mübarizə aparılmalıdır.
Təhlükəsizlik, əmin-amanlıq, inkişaf, sosial rifah, azadlıqlar. Parlament bu məsələlərlə ciddi məşğul olmalıdır.

Son 16 ilin uğurlarından söhbət açan Dövlət başçısı qeyd etdi ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Beynəlxalq mövqelərimiz möhkəmlənib. Qoşulmama hərəkatına üzv olmuşuq, sədr olmuşuq. Türk şurasına sədr olmuşuq və türkdilli dövlətlərlə əməkdaşlıqda Azərbaycan önəmli rol oynayır.

Biz bu gün müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Müstəqillik və inkişaf yolunda Azərbaycan Parlamenti bu işdə fəal olacaq.

Təyyubə Hüseynova
Saray qəsəbə 3 saylı məktəbin direktoru, Əməkdar müəllim

Poliqon.info


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar