Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP-ın tarixi nailiyyətləri

Azərbaycanın siyasi həyatının dinamikasını YAP üzvlərinin fəallığı tənzimləyir...

Azərbaycan tarixinin keşməkeşli günlərində zamanın da özünəməxsus tələbləri olub. Bu tələbin reallaşması isə dahi şəxsiyyətlərin payına düşüb. 1992-ci ildə Azərbaycan milli və ideoloji olaraq parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycanı bu girdabdan çıxarmaq üçün Yeni Azərbaycan Partiyası yarandı. Müstəqil dövlətimizin memarı Heydər Əliyev bu yeni partiyanın təməlini qoydu. Yeni Azərbaycan Partiyası zamanın tələbindən yarandı. Elə bir zamanın ki hər şeyi diqtə etməyə qadirdi. Yenicə müstəqillik qazanan, ancaq səriştəsiz rəhbərlərin girdaba sürüklədiyi Azərbaycanda bu partiya yeganə ümid yeri oldu. Bu partiya az bir zamanda xalqı, ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq, Heydər Əliyev ideyalarını həyata keçirmək üçün əhəmiyyətli siyasi qüvvəyə çevrildi. Bu gün öz sıralarında 800 minə yaxın alimi, ziyalını, müəllimi, fəhləni, sadə kənd adamını birləşdirən Yeni Azərbaycan Partiyası Heydər Əliyev idyealarına sadiqdir. Təkcə iqtisadiyyat, dövlətçilikdə deyil, daxili siyasətdə də sağlam rəqabət aparan yeni azərbaycançılar ölkədə vətəndaş cəmiyyətinin tərəqqisinə çalışır. Partiyanın fəaliyyətində keyfiyyətli dəyişikliklərə səbəb olmuş YAP-ın VII qurultayında bir sıra qərarlar qəbul olunub. Prezident İlham Əliyev YAP-ın VII qurultayında proqram xarakterli çıxış edib. Cənab Prezident bildirib ki, ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir: “Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 Yanvar hadisələri hələ təzəcə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı. Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi”.

Azərbaycan xalqının Ümummilli Lideri, YAP-ın qurucusu Heydər Əliyevin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının, dövlət və xalq qarşısında misilsiz xidmətlərinin, Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasətinin, Partiyanın fəaliyyətinin təbliği, o cümlədən həyata keçirilən tədbirlərin və layihələrin geniş auditoriyaya çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülüb. YAP-ın VII qurultayından sonra partiyadaxili sistemli islahatlar aparılıb. 5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunb, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilib, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilib. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilib. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanıb. Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət edir.
Bu gün YAP üzərinə düşən tarixi missiyaları layiqincə yerinə yetrir.

Azərbaycanın siyasi həyatının dinamikasını YAP üzvlərinin fəallığı tənzimləyir. YAP üzvləri qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində ciddi çalışırlar.
YAP öz fəaliyyətini həyatın tələblərinə uyğun olaraq qurur. İrəli sürürülən vəzifələr YAP rəsmiləri tərəfindən layiqli şəkildə icra olunur. Azərbaycan cəmiyyətinin YAP-a baxışı və inamı müstəsna dərəcdə yüksək səviyyədədir. YAP-da həyatın tələblərinə maksimum uyğunlaşmaq kimi çox vacib baza prinsipi mövcuddur. VII Qurultaydan sonra bu prinsiplər daha da mükəmməlləşib. Prezident İlham Əliyevin dediyi kimi, YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir. Ona görə də YAP Azərbaycanda ictimai və siyasi proseslərin mərkəzində dayanır.

Nəbi Ağayev - K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri 

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar