Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəmkirdə su borusu sıradan çıxıb, qəsəbə susuz qalıb

Şəmkir rayonunun ən böyük qəsəbəsində içməli və məişətdə istifadə olunan suyun verilməsində qismən çətinlik yaranıb...

Bu barədə "Report"un Qərb bürosuna qəsəbə sakinləri məlumat verib.

Onlar qəsəbəni su ilə təmin edən əsas borunun sıradan çıxdığını bildirib və bu səbəbdən suyun verilməsində qismən çətinlik yarandığını, eləcə də maşınlarla hər evə sadəcə 20 litr içməli suyun verildiyini söyləyiblər.

Qeyd edilib ki, boru xətti 50-60 il öncə çəkilib: "Tez-tez sıradan çıxan boru təmir edilsə də, artıq onun istismar müddəti başa çatıb və borunun istifadəyə yararsız olduğu müşahidə olunur. Buna görə də borunun sıradan çıxan hissəsi təmir olunsa da, bir müddət sonra onun başqa bir hissəsində fəsadlar əmələ gəlir".

Regional Su İdarəsinin rəhbəri Natiq Əhmədov "Report"un Qərb bürosuna bildirib ki, məsələdən xəbərdardırlar və əhalinin suya ola təlabatının ödənilməsi istiqamətində ilkin olaraq mümkün işlər aparılır:

"Bununla bağlı layihə hazırlanır, bu layihə çərçivəsində 1970-ci illərdə çəkilmiş əsas boru tamamilə yenilənəcək. Hazırda da borunun sıradan çıxmış hissəsində müvafiq işlər görərək sakinlərə suyun verilməsində əsaslı problemlərin yaranmamasına çalışılır".

Qeyd edək ki, Kür qəsəbəsində 12 mindən çox əhali binalarda və fərdi evlərdə yaşayır.

poliqon.info

 


Etiket: su


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar