Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Vardaryanı yenidən Qarabağa qaytardı - Moskva gərginliyi artırmaqda niyə maraqlıdır?

Moskvanın Vardanyan kartı üzərində israrı nədən xəbər verir?...

Politoloq: “Vardanyanın Qarabağa qayıdacağı aydın idi. Moskva onu Qarabağa göndərməyib ki, yarımçıq geri çağırsın”.

“Görünən odur ki, Rusiya rəsmiləri fikirləşirlər ki, bu regionda gərginlik, hətta çoxtərəfli müharibə onlara lazımdır. Müharibə edənlərin arasına girib, regiona tam hakim olmaq üçün”.

Bu sözləri politoloq Azər Qasımov Moskvanın Vardanyanın yenidən Qarabağa qaytarması iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

“Caliber”in “Telegram” kanalı indicə Moskvanın Ruben Vardanyanı Qarabağa qaytarması ilə bağlı məlumat yayıb. Məlumatda bildirilirb ki, Moskvanın bu addımı Nikol Paşinyan hökuməti ilə razılaşdırıb.

Bəs Azərbaycanın razılığı olmadan Vardanyan Qarabağa hansı yolla qayıda bilər? Həmçinin Moskvanın Vardanyan kartı üzərində israrı nədən xəbər verir? Bu bölgədə vəziyyəti tam olaraq gərginləşdirmək və müharibə riski yaratmaq anlamına gəlmirmi?

Rusiyanın bölgə ilə bağlı yeni oyununu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Vardanyan Qarabağa qayıtmaq istəmirmiş, onu məcbur geri qaytarıblar”.

Rusiyanın Vardanyanı Paşinyanın yerinə gəlməsi üçün indidən tədricən hazırlaşdığını düşünən politoloq Poliqon-a açıqlamasında bildirib ki, Moskva Ermənistandakı digər köhnə rusyönlülərə onu dəstəkləmək lazım olduğu mesajını verir:

“Vardanyanın Qarabağa qayıdacağı aydın idi. Moskva onu Qarabağa göndərməyib ki, yarımçıq geri çağırsın. Böyük ölçüdə təcili Moskvaya getməyi Vardanyan tələb etmişdi. Görünən odur ki, onun hansısa məsələlərlə əlaqəli Kremldən tələbləri olub, yoxsa Kreml lazım olan təlimatları Vardanyana onu Moskvaya çağırmadan da göndərə bilir. Verilən məlumat arasında buna bənzər informasiya da var idi ki, Vardanyan Qarabağa qayıtmaq istəmirmiş, onu məcbur geri qaytarıblar.

Vardanyan hansı yolla gedibsə, elə də qayıdıb. Bunu rus sülhməramlıları təmin edib. İndi onu maşının yük yerində, ya yuyulmağa aparılan paltarların geri qaytarılması zamanı paltarların arasında gizlədib gətirildiyini ruslar bilər.

Azər Qasımov: “Rusiya üçün artıq itirəcək heç nə qalmayıb. O, imperiya maraqları naminə hər şeyə qadirdir”.

Vardanyan Paşinyana təzyiq üçün lazımdır ki, Paşinyan çox ağ eləməsin. Paşinyanın yerinə Vardanyanın hazırlanması o demək deyildir ki, tezliklə Paşinyan hakimiyyətdən gedə bilər. Rusiya Vardanyanı Paşinyanın yerinə gəlməsi üçün indidən tədricən hazırlayır, reklamını edir və digər köhnə rusyönlülərə mesaj verir ki, onu dəstəkləmək lazımdır.

Rusiya üçün artıq itirəcək heç nə qalmayıb. O, imperiya maraqları naminə hər şeyə qadirdir. Görünən odur ki, Rusiya rəsmiləri fikirləşirlər ki, bu regionda gərginlik, hətta çoxtərəfli müharibə onlara lazımdır. Müharibə edənlərin arasına girib, regiona tam hakim olmaq üçün.

Vardanyanın geri qaytarılmasını Azərbaycanın qəbul etməyəcəyini bildiyi üçün süni şəkildə vəziyyəti gərginləşdirmək məqsədli xarakter daşıyır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar