Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vaqner” qrupunun mövcudluğu sual altındadır – Səbəb…

“Vaqnerçilər” taktikasını dəyişməsələr, mövcud olmağı dayandıracaqlar, çünki Ukrayna müharibəsi onların resurslarını sürətlə tükədir…

Kiçik hücum qrupları yaratmaq üçün ”Vaqner” Özəl Hərbi Şirkətində kifayət qədər insan çatışmamazlığı yaranır. Təcrübəli döyüşçülər ya öldürülüb. Ya da aldıqları xəsarətlər səbəbindən artıq sıradan çıxarılıblar. Qalanlar isə tam gücdə döyüşə bilmirlər. Buna görə də özəl hərbi qruplaşmaya “yenilənmək” lazımdır. Bunun üçün Rusiya özəl hərbi təşkilatı öz taktikasını yenidən qurmalıdır, lakin genişmiqyaslı müharibə şəraitində buna vaxt yoxdur və bu müharibə “vaqnerçilərin” insan resurlarını sürətlə tükədir.

Poliqon.info xəbər verir ki, bu barədə çərşənbə günü, Rusiyanın “ВЧК-ОГПУ” Telegram Kanalı mənbəyə istinadən məlumat yayıb.

Telegram kanalının mənbəsinin sözlərinə görə, “Vaqner qrupu” taktikasını kiçik hücum qruplarından dəyişməlidir, çünki hazırkı taktikanı saxlamaq üçün insan resursu yoxdur. Mənbə qeyd edib ki, təcrübəli “vaqnerçilər” ciddi xəsarətlər aldıqları üçün hazırda təlimatçı və ya arxa komandiri vəzifəsini həyata keçirirlər.

Mənbə həmçinin qeyd edib ki, “Vaqner qrupu” başqa bir taktikaya keçə bilməyəcək, çünki islahat aparmaq üçün vəziyyət analiz edilməlidir. Bunun üçünsə vaxt yoxdur.

Eyni zamanda, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı ilə “Vaqner”in qurucusu Yevgeni Priqojin arasında yaranan qarşıdurma ÖHŞ-nin vəziyyətini daha da mürəkkəbləşdirir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar