Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan nəqliyyat kommunikasiyalarının açılmasından danışdı

"Regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması Ermənistanda ticarətin həcmini xeyli artıracaq".

Poliqon.info musavat.com-a istinadən bildirir ki,bunu Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 8-də parlamentin iclasında hökumət saatında deputatların suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu, xüsusilə Avrasiya İqtisadi Birliyinə (Aİİ) üzv olan ölkələrlə münasibətlərə aiddir.

Paşinyanın sözlərinə görə, Ermənistan Aİİ-nin digər üzv ölkələri ilə ancaq Gürcüstandan keçən bir quru yolla əlaqə saxlaya bilir.
Ətraflı

"Aydındır ki, imkanlar məhduddur. Buradan belə nəticə çıxır ki, Azərbaycan ərazisindən avtomobil və dəmir yolu marşrutlarının açılması Ermənistanın Aİİ-yə üzv ölkələr arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasını təmin edə biləcək", - Paşinyan bildirib.

Onun sözlərinə görə, bu Ermənistanın marşrutların açılmasında maraqlı olmasını izah edir. "Ermənistan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yazılanları həyata keçirməyə hazırdır", - deyə Paşinyan söyləyib.

Erməni baş nazirin sözlərinə görə, blokun açılmasında ən çox Ermənistan tərəfi maraqlıdır, çünki 30 ildir blokadada şəraitindədir. Həm Azərbaycanın, həm də Türkiyənin alternativ yolları var. Ermənistanın kommunikasiyaya ehtiyacını nəzərə alaraq, bu dəhlizlərin açılmasının qiymətini qaldırmağa çalışırlar", - deyə Nazirlər Kabinetinin rəhbəri qeyd edib.

Bununla bərabər o, üçtərəfli bəyanatda marşrutlarla bağlı "dəhliz" ifadəsinin olmadığını bir daha təkrarlayıb.

poliqon.info

 


Etiket: Paşinyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar