Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sanksiyalar Rusiya iqtisadiyyatını çökdürür: “85-90 rubl 1 dollara bərabər ola bilər” - Ekspert

Təkcə yanvar ayı üçün Rusiyada büdcə kəsiri 24,93 milyard dollar olub...

İqtisadçı-ekspert: “Son zamanlar Rusiyanın neft-qaz gəlirlərində kəskin azalma müşahidə olunur”.

“Yay aylarına rublun məzənnəsində növbəti ciddi enişlər görə bilərik”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Rusiya iqtisadiyyatında yaranan büdcə kəsirini səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Yanvarda Rusiya büdcəsinə 19,3 milyard dollar vəsait daxil olub ki, bu da 2022-ci ilin yanvar ayı ilə müqayisədə 35% azdır. Büdcə xərcləri 44,3 milyard dollar təşkil edib ki, bu da 2022-ci ilin yanvar ayının göstəricilərini 59 faiz üstələyib. Təkcə yanvar ayı üçün Rusiyada büdcə kəsiri 24,93 milyard dollar olub. Bu templə fevral ayında Rusiyada büdcə kəsiri keçən ilin bütün kəsirini üstələyəcək.

Bu statistikaya əsaslanaraq Rusiyanın 2023-cü il üçün iqtisadi vəziyyətini necə pronozlaşdırmaq olar?

Rusiya iqtisadiyyatında gözləyən çalxalanmaları Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Müharibəyə baxmayaraq 58-59 rubl 1 dollara qədər möhkəmlənmişdi. Amma indi 1 dollar 70 rublu da keçib”.

Rusiyanın xərcləmələrinin də surətlə artdığını nəzərə çatdıran ekspert bildirib ki, buna görə də, gəlirlər azalıb, xərclər artıqca ehtiyatlardan daha çox xərcləmək məcburiyyəti yaranır:

“Son zamanlar Rusiyanın neft-qaz gəlirlərində kəskin azalma müşahidə olunur. Bu azalma sanksiyaların təsiridir. Eyni zamanda Rusiya məcburən öz məhsullarına, enerji daşıyıcılarına daha endirim təklif edir ki, Avropa bazarlarında itirdikləri digər ölkələrdə təmin etsin.

İndi Rusiya enerji daşıyıcılarının əsas alıcısı Hindistan və Çindir. Onlar da Rusiyadan böyük endirim tələb edirlər. Çünki sanksiya paketinə görə həmin məhsulların tankerlərlə daşınması beynəlxalq sığorta şirkətlər tərəfindən sığortalanmır. Bu isə alıcılarda əlavə risklər yaradır. Bu riskləri kompensasiya etmək üçün Rusiya neftinin bazar qiymətlərindən 30-40 faiz, bəzən hətta 50 faiz ucuz olmasını alıcılar tələb edir. Rusiya da məcbur buna razı olur. Çünki Moskvanın istehsal etdiyi nefti saxlamaq imkanı yoxdur.

Bu nöqteyi-nəzərdən Rusiyada yanvar ayında büdcə kəsiri çox pik həddə çatdı. Bir yandan da Rusiyanın xərcləmələri də surətlə artır. Buna görə də, gəlirlər azalıb, xərclər artıqca ehtiyatlardan daha çox xərcləmək məcburiyyəti yaranır. Bununla bağlı Rusiya hökuməti müəyyən addımlar da atır. Məsələn rublun dəyərdən düşməsinə start verildi. Yəni bunun qarşısı alınmır. Müharibəyə baxmayaraq 58-59 rubl 1 dollara qədər möhkəmlənmişdi. Amma indi 1 dollar 70 rublu da keçib.

Natiq Cəfərli: “2023-cü ilin Rusiya iqtisadiyyatının dalğalı və təlatümlü keçəcəyini demək olar”.

Yəqin ki, gələcəkdə məzənnədə 1 dolların 80-90 rubl olacağını da görəcəyik. Çünki istehsalçı şirkətlərə vergilərinin ödəmək üçün qazandıqları valyutanı daha baha satmağa çalışırlar. Rublun dəyərdən düşməsi də məhz bununla əlaqəlidir. Rusiya hökuməti də buna getmək məcburiyyətindədir ki, neft-qaz şirkətləri əldə etdikləri daha az valyuta gəlirlərini baha rubla satsınlar.

Bu nöqteyi-nəzərdən yəqin ki, yay aylarına rublun məzənnəsində növbəti ciddi enişlər görə bilərik. Təqribən 85-90 rubl 1 dollara bərabər ola bilər. Yəni Rusiyada büdcə kəsirinin də kəskin artımının şahidi ola bilərik. 2023-cü ilin Rusiya iqtisadiyyatının dalğalı və təlatümlü keçəcəyini demək olar. Həmçinin Rusiya iqtisadiyyatında problemlər həddən artıq artacaq. Çünki 2022-ci ildə sanksiyalar yeni fəaliyyətə başlayırdı. Həm də Rusiyanın ehtiyatları daha çox idi”.

Nərminə UMUDLU
poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar