Cümə, 31 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın büdcəsinin total fəlakəti - Moskva öz ehtiyatlarını sürətlə tükədir...

Maliyyə Nazirliyi Rusiya iqtisadiyyatının fəlakətli vəziyyətini gizlədə bilmir...

Poliqon.info Rusiya mətbuatına əsasən xəbər verir ki, bu ilin yanvar ayında Rusiya büdcəsində keçən illə müqayisədə kəskin kəsir fərqi yaranıb.

Statistikaya əsasən bu ilin yanvar ayında Rusiya büdcəsinə 19,3 milyard dollar vəsait daxil olub ki, bu da 2022-ci ilin yanvar ayı ilə müqayisədə 35% azdır.

Büdcə xərcləri 44,3 milyard dollar təşkil edib ki, bu da 2022-ci ilin yanvar ayının göstəricilərini 59 faiz üstələyib. Təkcə yanvar ayı üçün Rusiyada büdcə kəsiri 24,93 milyard dollar olub.

Bu templə fevral ayında Rusiyada büdcə kəsiri keçən ilin bütün kəsirini üstələyəcək. Analitiklər qeyd edirlər ki, Rusiya büdcəsinin xərcləri getdikcə artacaq, daxil olma isə xam neft və neft məhsulalrı sanksiyaları ilə əlaqədar olaraq kəskin azalacaq.

Yanvar ayında Rusiyada neft və qazın satışından əldə olunan gəlirlər 46% azalaraq 6,05 milyard dollar təşkil edib. Rusiya rəsmiləri də etiraf edib ki, azalma “Urals” neftinin qiymətinin aşağı düşməsi və təbii qaz ixracının azalması ilə bağlıdır.

Statistikaya əsasən Milli Rifah Fondunun (MRF) likvid hissəsi 1 avqust 2022-ci ildə 141 milyard dollar, 1 noyabrda 128 milyard dollar, 2023-cü il fevralın 1-nə olan məlumata görə isə 91 milyard dollar təşkil edib.

MRF-nin qızıl ehtiyatları 1 yanvar 2023-cü ildə 554 ton olub. Fevralın 1-ə olan məlumatlara görə isə Rusiyanın qızıl ehtiyyatı 3 ton azalaraq 551 ton təşkil edib.

Analitiklər hesab edirlər ki, neft qiymətləri üzrə tavan işləməyə davam edərsə, ən çox 2023-cü ilin sonuna qədər Rusiyanın Milli Rifah Fondunda ehtiyyat qalmayacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Heydərovun strateji məğlubiyyəti – Bu obyektlər nazirlikdən alındı - Siyahı

İran casus şəbəkəsinə qarşı əməliyyat davam edir: Daha beş nəfər saxlanıldı - Yenilənib, Foto

Prezidentin yüksək vəzifə verdiyi Mikayılov kimdir? – Dosye

Baxmut uğrunda döyüşdə dönüş nöqtəsi – Rusiya öz gücünü itirib...

Fazil Mustafanı vuran sui-qəsdçilər niyə tutulmur? – Növbəti teraktın baş verməməsi üçün…

İran generalının ittihamı əsassızdır, gülüncdür - Müdafiə Nazirliyi  

“İstənilən deputatdan güclüyəm”- Faiq Ağayev

Cavan Zeynallının həyat yoldaşı ilbizdən vəfat edib? - Video

Sünni-şiə söhbəti edən din xadimlərinə xəbərdarlıq 

Ən çox oxunanalar