Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəlzələ Türkiyədə seçkiyə necə təsir edəcək?..

Bəzi insanlar ardıcıl zəlzələlərin Türkiyənin seçkiyə hazırlaşdığı vaxt baş verməsini təsadüfi hesab etmir...

Politoloq: “Türkiyədə baş verən zəlzələnin tektonik silah olması ilə bağlı iddialar əsasən Qərbin seçkilərdə Ərdoğanın mövqeyinin zəifləməsi istiqamətində etdiyi spekulyasiyadır”.

“Bu zəlzələ heç də cənab Ərdoğanın mövqeyinin zəifləməsinə gətirib çıxarmayacaq”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Türkiyədəki ardıcıl zəlzələlərin seçkiyə təsirlərini Poliqona-a şərh edərkən qeyd edib.

Türkiyənin Qəhrəmanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ özlüyündə bir sıra iddiaların yaranmasına səbəb olub. Həmin iddialardan ən diqqət çəkəni baş verən zəlzələnin süni olması, hansısa seysmoloji silahın tətbiqi sonrası baş verməsidir. Bəzi insanlar isə ardıcıl zəlzələlərin Türkiyənin seçkiyə hazırlaşdığı vaxt baş verməsinin təsadüf olmadığı və qeyd edilən seysmoloji silahın istifadəsi iddiasının doğru olduğunu qeyd edir.

Bəs zəlzələ seçkilərə necə təsir edəcək?

Mövzunu Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Cənab Ərdoğanın növbəti dəfə seçkilərə getməsi Qərbin bir çox mərkəzlərində həyəcanla qarşılanır”.

Ərdoğana qarşı PKK kartından və müəyyən etiraz aksiyalarından istifadə edilə olunmasını istisna etməyən politoloq Poliqon-a açıqlamaslnda vurğulayıb ki, hərbi çevriliş və süni zəlzələ yaratmaq kimi təzyiqlər mümkün deyil:

“Türkiyədə baş verən zəlzələnin tektonik silah olması ilə bağlı iddialar əsasən Qərbin seçkilərdə Ərdoğanın mövqeyinin zəifləməsi istiqamətində etdiyi spekulyasiyadır. ABŞ başda olmaqla Avropa dövlətləri cənab Ərdoğanın yenidən seçilməməsi üçün addımlar atmağa hazırdır. Bu istiqamətdə müxalifətə dəstək verilir. Amma, indiki durumda bunu zəlzələ yaratmaqla etmək sadəcə iddialar ola bilər.

Düşünürəm ki, bu zəlzələ heç də cənab Ərdoğanın mövqeyinin zəifləməsinə gətirməyəcək. Türkiyə böyük və güclü ölkədir. Bu kimi çətinliyi də arxada qoyacaq. Əgər, belə bir silahdan istifadə edilsəydi, bunu üzə çıxardılar. Bu zəlzələ Güney Azərbaycanda Xoyda da oldu, Qazaxıstanda da oldu.

Cənab Ərdoğanın növbəti dəfə seçkilərə getməsi Qərbin bir çox mərkəzlərində həyəcanla qarşılanır. Türkiyə regionun aparıcı ölkəsi olub və yeni geosiyasi reallıqlar yaradır. Türkiyə daha da müstəqil və güclü olub. Ərdoğana qarşı PKK kartından və müəyyən etiraz aksiyalarından istifadə edilə bilər. Amma hərbi çevriliş və süni zəlzələ yaratmaq kimi təzyiqlər mümkün deyil”.

Nərminə UMUDLU
poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar