Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədəki zəlzələni ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi yaradıb? - Şərh

İddia edilir ki, həmin gəmidə zəlzələ yaradan xüsusi texnologiya mövcuddur...

Hərbi ekspert: “Türkiyədə olan zəlzələ təbii fəlakətdir və tektonik silahla törədilməsi ağlabatan deyil”.

“Dünən qardaş Türkiyə ilə paralel İsraildə, Rusiyada, Suriyada, 40 il zəlzələ olmayan ABŞ-da da zəlzələ oldu. Belə çıxır ki, zəlzələni ABŞ özü-özünədəmi yaratdı?”.

Bu sözləri hərbi-ekspert Üzeyir Cəfərli Türkiyədə baş verən zəlzələABŞ əlinin olması iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Türkiyədə baş verən zəlzələ ilə bağlı konspiroloji nəzəriyələrin sayı artıb. Versiyalardan biri budur ki, Türkiyədəki zəlzələni fevralın 3-də İstanbulda lövbər salan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi yaradıb. Guya həmin gəmidə zəlzələ yaradan xüsusi texnologiya mövcuddur. ABŞ dünyanın ən güclü dövləti sayılır.

Bəs həqiqətən də ABŞ-ın belə süni zəlzələ, sunami yaratmaq gücü ola bilər?

Türkiyədə baş verən zəlzələ ətrafında səsləndirilən müxtəlif fikirləri Poliqon-nun əməkdaşı hərbi-ekspert Üzeyir Cəfərli ilə müzakirə edib.

Üzeyir Cəfərli: “Türkiyə zəlzələsi ilə bağlı deyilənlər həqiqətdən çox uzaqdır”.

Qəhrəmanmaraşda, Malatyada, Adanada nəyin olduğunu sual edən ekspert düşünür ki, əgər böyük güclər doğrudan da Türkiyəyə zərbə vurmaq istəyirdilərsə, İstanbul və Ankaranı dağıdardılar, məsələ də həll olunardı:

“Türkiyədə baş verən zəlzələ ilə bağlı çox fikirlər səsləndirilir. Mən hər bir fikrə hörmətlə yanaşıram. Amma fikri səsləndirməmişdən əvvəl onu nəyləsə əsaslandırmaq lazımdır. Dünən qardaş Türkiyə ilə paralel İsraildə, Rusiyada, Suriyada, 40 il zəlzələ olmayan ABŞ-da da zəlzələ oldu. Belə çıxır ki, zəlzələni ABŞ özü-özünədəmi yaratdı?

Tektonik və Triptokin silahlarla bağlı bilən insanlar da, bilməyən insanlar da danışırlar. Hər dəfə də haradasa zəlzələ olanda ortaya belə söhbətlər çıxır. Mən insanları başa düşürəm. Onlar fikirləşirlər ki, bu zəlzələlər böyük ölkələrin, xüsusilə ABŞ-ın tətbiq etdiyi silahların işə düşməsidir. Amma gəlin düşünək, Qəhrəmanmaraşda, Malatyada, Adanada nə var idi? Əgər böyük güclər doğrudan da Türkiyəyə zərbə vurmaq istəyirdilərsə, İstanbul və Ankaranı dağıdardılar, məsələ də həll olunardı.

Yadınıza salım ki, 1988-ci ildə Ermənistanın şəhərlərində zəlzələ baş verdi və ermənilər azərbaycanlıları günahlandırdılar. Amma bur müddətdən sonra zəlzələnin təbii fəlakət olması sübuta yetirildi. Düşünürəm ki, indi Türkiyədə də olan zəlzələ təbii fəlakətdir və tektonik silahla törədilməsi ağlabatan deyil.

Üzeyir Cəfərli: “Zəlzələni ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinin törətməsi inandırıcı deyil”.

Yaponiya da inkişaf edən ölkələrdən biridir. Amma Yaponiya zəlzələdən əziyyət çəkən, ən çox zəlzələyə məruz qalan ölkələrdən biridir. Buna görə də Türkiyə zəlzələsi ilə bağlı deyilənlər həqiqətdən çox uzaqdır. Kimdir yerin 6-7 kilometr dərinliyində o silahları yerləşdirən? Burada o qədər məsələlər var ki, istəyirsən həmin fikri səsləndirənlər yanında olsun, onlara deyəsən ki, silahlar necə və hansı yollarla yerləşdirilib?

Türkiyədə baş verən zəlzələlər təbiət hadisələrdir. İstərdim ki, insanlarımız bu həssas məqamda çaşdırıcı fikirlər səsləndirməsinlər. Tək Qəhrəmanmaraşda 6 minə yaxın bina dağılıb. 6 min binanı dağıtmaq üçün silahı necə yerləşdirmək olar? Bir məqam da var ki, dağılan binalarla eyni yerdə, eyni vaxtda tikilən binalar dağılmayıb. Zəlzələ ilə bağlı çoxlu suallar var. Amma zəlzələni ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinin törətməsi inandırıcı deyil.

Üzeyir Cəfərli: “Kimdir yerin 6-7 kilometr dərinliyində o silahları yerləşdirən?”.

Qeyd edim ki, hətta ABŞ-ın tanınmış nəşri Türkiyədəki zəlzələ ilə bağlı absurd material dərc edib. Yüz milyon oxucu olan nəşr belə məqalələr yazır. Səsləndirilən, yazılan fikirlərə baxmayaraq zəlzələlər dünən də olub, bu gün də var, sabah da olacaq. Nə qədər insan övladı yer üzərində yaşayır bir o qədər də zəlzələlər, ölüm, itim olacaq.

Əslində Türkiyədə baş verən zəlzələ Azərbaycan üçün xəbərdarlıq olmalıdır. Araşdırılmalıdır ki, tikilən binalarda təhlükəsizlik tədbirlərinə nə qədər riayət edilib. Eyni zamanda araşdırılmalıdır ki, bunların tikilməsinə rəy verənlər vicdanlı, ya pula susayan insanlardır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar