Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda keçirilən sorğuda Vardanyan Paşinyandan sonra ikinci yeri tutub... - Moskvanın planı reallaşır?

Ruben Vardanyan erməni xalqının seçkilərdə potensial olaraq səs verməyə hazır olduğu siyasətçilərin reytinqində ikinci yeri tutub...

Politoloq: “Ruben Vardanyanın əhalidən səs alacağına ciddi şübhələrim var. Əksinə qondarma rejimin mövcud olduğu, seperatçıların yaşadığı yerlərdə anti-Vardaryan əhali-ruhiyyəsi daha da yüksəlib”.

“Vardanyanın sosioloji sorğuda ikinci yerə çıxmasına şübhə ilə yanaşıram. Gizli hansısa əllərin prosesi bu cür yönləndirməsi onu göstərir ki, Ruben Vardanyan həqiqətən də Rusiyanın planıdır”.

Bu sözləri politoloq Qabil Hüseynli Ruben Vardanyanın siyasətçilərin reytinqində ikinci yerə çıxmasını Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanda aparılan sorğuya əsasən özünü separatçıların “dövlət naziri” elan edən Ruben Vardanyan erməni xalqının seçkilərdə potensial olaraq səs verməyə hazır olduğu siyasətçilərin reytinqində ikinci yeri tutub.

Erməni xalqının gözündə Vardanyanın qalxma səbəbləri nədir? Belə gedərsə, Rusiyanın Vardanyan planının, yəni Paşinyanın əvəzlənməsi prosesinin reallaşa biləcəyini demək olar?

Rusiyanın Vardanyan planını Poliqon-nun əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Keçirilən rəy sorğularında Rusiyanın əlinin, yaxud da Rusiyanın beşinci kalonunun əlinin olduğunu təxmin edirəm”.

Ermənistanın özündə də Vardanyanı Rusiyanın agenti hesab edildiyini vurğulayan politoloq əlavə edib ki, onu Ermənistanın müstəqil siyasətinin Rusiyaya tabe etdirilməsi sahəsində iş aparan bir adam hesab edirlər:

“Sosioloji sorğunun elmi cəhətdən düzgün təşkil edildiyinə və əhalinin geniş təbəqələrini əhatə etdiyinə ciddi şübhələrim var. Çünki ən düzgün və real sosioloji sorğular virtual və əhalinin birbaşa səs verməsi üsulu ilə həyata keçirilir. Amma Ermənistanda bu cür rəy sorğularını küçələrdə və digər yerlərdə insanlardan soruşmaq yolu ilə həyata keçirirlər.

Mənim Ruben Vardanyanın əhalidən səs alacağına ciddi şübhələrim var. Əksinə qondarma rejimin mövcud olduğu, seperatçıların yaşadığı yerlərdə anti-Vardaryan əhali-ruhiyyəsi daha da yüksəlib. Ermənilərin fikrincə Vardanyanın gəlişi ilə Laçın yolu bağlandı, üstəlik də əhalinin maddi güzəranı xeyli pisləşdi. Ermənistanın özündə də Vardanyanı Rusiyanın agenti hesab edirlər. Onu Ermənistanın müstəqil siyasətinin Rusiyaya tabe etdirilməsi sahəsində iş aparan bir adam hesab edirlər.

Qabil Hüseynli: “Vardanyanın Ermənistanda siyasi hakimiyyətə gəlməsi məsələsini xəyal hesab edirəm”.

Bütün bunlara görə Vardanyanın sosioloji sorğuda ikinci yerə çıxmasına şübhə ilə yanaşıram. Gizli hansısa əllərin prosesi bu cür yönləndirməsi onu göstərir ki, Ruben Vardanyan həqiqətən də Rusiyanın planıdır. O Moskvanın müxtəlif hakimiyyət qollarından dəstək alır. Keçirilən rəy sorğularında da Rusiyanın əlinin, yaxud da Rusiyanın beşinci kalonunun əlinin olduğunu təxmin edirəm.

Ruben Vardanyanın Ermənistanda siyasi hakimiyyətə gəlməsi məsələsini xəyal hesab edirəm”.

Nərminə UMUDLU
poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar