Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Fransa - Afrikada açıq müharibə…

Rusiya qara qitənin cənubunda və qərbində geniş şəkildə qəbul edilsə də, Fransanın hərbi, iqtisadi və təhlükəsizlik mövcudluğuna qarşı geniş populist düşmənçilik yaranıb…

Əbdürrəhman Salkam, Liviyanın keçmiş xarici işlər naziri
Şarkul Avsat qəzeti

Afrikada Rusiya və Fransa arasındakı münaqişə artıq sadəcə diplomatik və ya media qarşıdurması deyil, artıq bu qarşıdurma uzaqlaşdırma və yerdəyişmə müharibəsinə çevrilib.

Sonuncu dəfə Burkina Faso hökuməti Fransadan bütün qüvvələrini öz ərazisindən çıxarmağı xahiş etmişdi. Bundan əvvəl Mali hökuməti də eyni şeyi Fransadan tələb etmişdi. Anti-Fransa populist dalğası Mali Respublikasına da çatıb və öz təsirini göstərməyə başlayıb. Hazırda Sahel və Saxara ölkələrində anti-Fransa meylləri sürətlə genişlənir və bu meylin Afrikanın mühüm və əhəmiyyətli hərbi və iqtisadi ölkələrindən olan Çad və Nigerə sıçraması ehtimalı da az deyil.

Afrikalı siyasətçilər və ziyalılar qitəni Fransanın müstəmləkə keçmişi ilə bağlı sənədləri açmağa, bəziləri yeni müstəqillik müharibəsi adlandırdıqları hərəkatlara qoşulmağa, fransızca olan hər şeydən, o cümlədən dildən qurtulmağa çağırmağa başlayıblar.

Burkina Fasoda fransızdilli radiostansiyanın bağlanması üçün səylər davam edir. Malidə ərəb dilinin istifadəsinin genişləndirilməsinə və fransız dilinin məhdudlaşdırılmasına çağıran səslər yüksəlir.

Terrorla mübarizə Fransanın Qərbi Afrikaya, xüsusilə Sahel və Sahara ölkələrinə qayıtması üçün fürsət oldu.

Fransanın keçmiş prezidenti Fransua Olland hökumətinin tələbi ilə qüvvələrini Malinin şimalına göndərmiş və şimaldakı Azavad bölgəsində sülhün bərqərar olması üçün BMT və bəzi region ölkələri ilə əməkdaşlıq etmişdi. Olland bölgəyə səfər edən zaman xalq tərəfindən böyük sevinclə qarşılanmışdı. Onun varisi Fransa prezidenti Emmanuel Makron Fransanın hərbi mövcudluğunu genişləndirərək, onun Sahel və Sahara ölkələrinə müdaxiləsini xarici siyasətinin sütunlarından birinə çevirmişdi.

Bununla belə, İŞİD və “Əl-Qaidə”nin rəhbərlik etdiyi ekstremist təşkilatlar fəaliyyətlərini genişləndirərək, Burkina Fasodan Mali, Niger və Çada qədər uzanan əraziləri nəzarətə götürüblər.

Hökumətlərin səlahiyyətləri paytaxtların sərhədlərinə çəkilib, siyasi və iqtisadi uğursuzluğun miqyası böyüməyə və genişlənməyə başlayıb. Ümumiyyətlə radikal islam bu ölkələrin sərhədlərini aşan güclü bir fenomenə çevrilib.

Hazırda Fransanı terror aktlarından bu ölkələrin sərvətlərini talamaq üçün bəhanə kimi istifadə etməkdə ittiham edən məşhur ritorika yaranı ki, sol təmayüllü elitalar Fransanın Afrikadakı müstəmləkə keçmişinin sənədlərini açılmasını tələb ediblər.

Rusiyanın Ukraynaya qarşı müharibəsi və Kiyevə NATO ölkələrinin dəstəyi Moskvanı müharibə cəbhəsini genişləndirməyə və Afrikada Fransaya cəbhə açmağa sövq edib.

Keçən həftə Cənubi Afrikaya səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanı Afrikaya müstəmləkəçiliyə qayıtmaqda ittiham edərək, qızğın şəkildə hədəf aldı.

Lavrov əlavə edib ki, Fransanın 2011-ci ildə Liviyaya müdaxiləsi Afrika qitəsinə nüfuz etmək üçün Liviya ərazisindən tramplin kimi istifadə etmək məqsədi daşıyıb.

Fransanı Afrikadan çıxmağa çağıran geniş yayılmış populist kampaniyalara cavab olaraq, Rusiyanın Sahel və Sahara ölkələrində mövcudluğunu alqışlayan və tələb edən genişlənən əks dalğa var. Bu ölkələrdə, eləcə də Mərkəzi Afrika Respublikası və Mozambik Respublikasında rus “Vaqner” elementlərinin olması artıq sirr deyil.

Əksinə, hava limanları, mədənlər, bəzi düşərgələr və hətta bəzi dövlət idarələri kimi həyati və vacib yerlərdə “vaqnerçilər” aydın görünür.

Bu gün Afrika qitəsində iqtisadi və təhlükəsizliyə təsir etmək üçün mübarizə gedir.

Çin güclü bir çəkildə mövcudluğunu saxlayır və qitənin mərkəzində və cənubunda geniş şəkildə qəbul edilir. Rusiya Sahel, Sahara və Şimali Afrika ölkələrində “Vaqner” qüvvələrinin mövcudluğunu genişləndirərək təhlükəsizlik və hərbi cəhətdən irəliləyir.

Birləşmiş Ştatlar isə qitədə effektiv iqtisadi mövcudluğa malik deyil. O, əvvəlcə fransız qüvvələrinə anti-terror dəstəyi verdi, lakin bu, fransızların geri çəkilməsindən sonra onun mövcudluğunu azaltdı.

Qitənin mərkəzində və qərbində dövlətlərin aşınması, onun sosial quruluşa, milli birliyə və iqtisadi gücə təsiri ilə Rusiya, Fransa və ya başqalarının xarici müdaxiləsi ilə mübarizə aparıla bilməz.

Terror təşkilatları geri çəkilməyəcək və insan alverindən faydalanaraq, qızıl, manqan mədənlərini və digər sərvətləri talamaqla güclərini artıracaqlar.

Rusiya-Ukrayna müharibəsi Afrika səhnəsində Rusiya ilə Fransa arasında münaqişənin genişlənməsinə və kəskinləşməsinə töhfə verəcək və Rusiya Afrika torpaqlarında mövcudluğunu dəstəkləmək üçün xalqın istək və həvəsindən istifadə etməkdən çəkinməyəcək. Rusiya Afrika torpaqlarında “Vaqner” qüvvələrinin mövcudluğu ilə kifayətlənəcəkmi, yoxsa Fransanı əvəz etmək üçün qitədə və xüsusilə Sahel və Sahara ölkələrində mədəni və iqtisadi mövcudluğunu genişləndirəcəkmi?

Afrikada yeni bir növ boşluq mövcuddur. Torpaqlarının üstündə və altında çox böyük sərvət var. Təmiz, bərpa olunan enerji bu gün beynəlxalq ambisiyaların hərəkətverici qüvvəsidir və Afrika bu baxımdan gözlənilən beynəlxalq münaqişələrin aparıcısı olmaq üçün böyük potensiala malikdir.

Rusiya qitənin cənubunda və qərbində geniş şəkildə qəbul edilsə də, Fransanın hərbi, iqtisadi və təhlükəsizlik mövcudluğuna qarşı geniş populist düşmənçilik yaranıb.

Avropada getikcə artan bölünmə Rusiyanın Afrika qitəsində mövcudluğunun gücünü artırır. İtaliyanın baş naziri Corcia Meloninin son bir neçə gündə Fransanı sərt tənqid etməsi, Afrika qitəsində Fransanın müstəmləkə keçmişindən bəhs etməsi və özünün dediyi kimi, bu ölkələrin sərvətlərinin davamlı şəkildə talan edilməsi ilə bağlı söylədikləri AB tərəfdaşları arasında Afrika münaqişəsinin ölçülərini ortaya qoyur.

Qəbilə faktörü Afrikanın əksər ölkələrində dövləti institutsionallaşdırmaq səylərini iflic edən bir virusdur. Həmçinin bu terrorçu qrupların hərəkətləri üçün əsas yanacaqdır.

Fransa qitənin mərkəzinə və periferiyasına ilk müstəmləkəçi girişindən bəri bu qəbilə fenomenindən və qəbilələr arasında alovlandırdığı münaqişədən istifadə edib.

Ancaq bugünkü Afrika Fransanın keçmişdə işğal etdiyindən fərqlidir. Rusiya isə azadlıq hərəkatları illərində və xüsusən də Sovet İttifaqı dövründə qitəyə güclü bir giriş edib.

Bu dövrdə Rusiyada şərqşünaslar kimi “afrikalı professorlar” deyə biləcəyimiz bir qrup meydana çıxıb və onlar bütün qədim, müasir sosial və mədəni komponentləri ilə Afrika cəmiyyətlərini öyrənməyə başlayıblar.

Bu, məğlubiyyət tozları arasında sürətlə geri çəkilən Fransaya qarşı Rusiyanın Afrika qitəsində mövcudluğunu genişləndirməyə kömək edən əlavə silahdır.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar