Çərşənbə, 29 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Ukraynada böyük hücumu 10 gün ərzində başlaya bilər…

Rusiyanın gözlənilən böyük hücumu Luqansk və Donetsk isqtiqamətindən olacaq…

PİA.az xəbər verir ki, ukraynalı hərbi ekspert Financial Times qəzetinə Kiyevin bu barədə “çox etibarlı məlumat” aldığını bildirib. Ekspert bu hücumun 10 gün ərzində baş verə biləcəyini qeyd edib. Mənbə onu da əlavə edib ki, Rusiya bu hücumda elit hərbi birləşməlrindən istifadə edəcək.

“Biz bu məlumatlara çox ciddi yanaşırıq. Rusiya Hava Desant Qüvvələrinin və Dəniz Piyadaları Korpusunun hissələrini gücləndirib. Onu da bilirk ki, sözü gedən elit qruplar tam hazırlıqlı olmasalar da və döyüş qabiliyyəti bir il əvvəl olduğundan aşağı olsa da, bu qüvvələr mexaniləşdirilmiş birləşmələrdir”, deyə mənbə Financial Times-a bildirib.

Nəşrin məlumatında qeyd edilir ki, son zamanlar Ukrayna Baş Qərargahı şərq və cənub-şərq istiqamətində Rusiya qüvvələrinin əhəmiyyətli dərəcədə artdığını müşahidə edirlər.

Analitiklər hesab edirlər ki, Rusiyanın yeni hücumu üçün ehtimal olunan istiqaməti Luqansk vilayətinin qərb hissəsi, yəni Kremennaya və Liman məntəqələridir. Qeyd edək ki, bu iki şəhər ötən ilin payızında Ukrayna qüvvələri tərəfindən əks-hücum nəticəsində geri alınıb.

Financial Times həmçinin Qərb mənbələrinə istinadən xəbər verir ki, Rusiya həftələrdir Luqansk istiqamatində qoşun toplayır. Moskva həmçinin Donetsk vilayətinin cənubunda öz mövqelərini gücləndirir. Əlavə qüvvələr işğal olunmuş Mariupol ətrafındakı kəndlərə yerləşdirilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evinin önündə güllələnən Fazil Mustafa əməliyyatdan çıxdı- Yenilənib, Video

Millət vəkilinin güllələnməsi: DTX-nın saxladığı İran casusu demişdi...

Fazil Mustafaya hücumu kim təşkil edib? Niyə bu gün?

Məleykə Abbaszadə, Yavər Camalov, Fazil Mustafa və... - Övladını itirmiş məşhurlar

"Dedilər çəkiliş olmaz, qurbağalar narahat olur" - Fazil Mustafa

Millət vəkilinin dostu: “Hadisə Fazil Mustafanın kiçik qızının gözü qarşısında baş verib”

Sui-qəsd cəhdindən sonra Fazil Mustafadan ilk açıqlama

Quru sərhədlər açılır? - Deputat tarix açıqladı

Güclü külək əsəcək, yağış və qar yağacaq - Xəbərdarlıq

İlham Əliyev 2020-ci il noyabrın 9-da Vladimir Putinlə Laçınla bağlı apardığı danışıqların detallarını açıqlayıb

Ən çox oxunanalar