Çərşənbə axşamı, 28 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vuçiç: Mən Rusiyaya hörmət edirəm, amma Serbiyaya xidmət edirəm

Praktiki olaraq ümidsiz vəziyyətə salan Belqrad Moskvaya qarşı sanksiyalara qoşula bilər…

Fevralın 2-3-də Serbiya Parlamentində Kosovo və Metoxiya üzrə fövqəladə sessiyada Vaşinqton və Brüsselin təklif etdiyi Priştina ilə münasibətlərin normallaşdırılması planı hökumətlə müxalifət arasında qınaq və təhqir mübadiləsinə çevrilib və məsələ az qala əlbəyaxa davaya qədər böyüdü.

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, əsas müzakirə mövzularından biri Belqradın Avropa İttifaqı və ABŞ-ın tətbiq etdiyi anti-Rusiya sanksiyalarına qoşulub-qoşulmayacağı məsələsi olub. Serbiya prezidenti Aleksandar Vučić sanksiyalara qoşulmamağın qiymətinin çox yüksək olduğunu və hər şeydən sonra Belqradın bu sanksiyalara qoşula biləcəyini istisna etmədiyini deyib. Bəzi serb politoloqları hesab edirlər ki, Qərb son onilliklərdə başara bilmədiyinə çatmaqdadır, yəni Serbiyanı öz iradəsinə tabe etmək üzrədir.

Müxalifət Serbiya prezidentini Kosovoya məsələsində xəyanətdə və Serbiya iqtisadiyyatı ilə bağlı yanlı təsəvvür yaradaraq, ölkəni ağır vəziyyətə qoymaqda ittiham edib. Vuçiç buna cavab olaraq bildirib ki, müxalifət partiyaları bundan əvvəl hakimiyyətdə olarkan Kosova məsələsində xəyanət ediblər.

Qızğın müzakirələrə səbəb olan digər bir məsələ isə Serbiyanın Rusiyaya qarşı olan sanksiyalara qouşulması ehtimalı olub.

Bununla bağlı Vuçiç bildirib ki, nə 2003-cü ildə, nə də 1992-ci ildə onlara kömək etməyib, buna baxmayaraq o, Rusiyaya hörmət edir, Serbiyaya isə xidmət edir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan ordusu Xankəndinin bir addımlığında - Video

Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin əleyhinə qərar verib

Tanınmış aktyor təcili tibbi yardımda vəfat etdi - Foto

Hafiz Hacıyev: "..Allah xeyir eləsin, görünür, nəsə var…"

Qusar Şəhidlər xiyabanında kobud səhv - Foto  

Xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb

Bakıda məktəb direktoru özünü “Ertoğrul”a bənzətdi - Video, açıqlama

Bakıda kafe sahibinin azyaşlı oğlu qaçırılıb, 200 min manat tələb edilib

Sarayda minik maşını ilə yük avtomobili toqquşub, 3 nəfər ölüb  - Yenilənib

İsraildə “iflic həftəsi” elan edildi: Netanyahu gedəcəkmi?..

Ən çox oxunanalar