Bazar ertəsi, 27 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən müharibəsi şəhidinin xatirəsi anılıb - Fotolar

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Şəhnin Novruzovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Hərb Tarixi Muzeyində keçirilən mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Mərasim iştirakçılarına Ş.Novruzovun ömür və döyüş yolundan bəhs edən videoçarx təqdim edilib.

Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım mərasimində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

Fotolar

pia.az 


Etiket: Şəhid


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan ordusu Xankəndinin bir addımlığında - Video

Rusiyada milyarder Fərhad Əhmədovu həbs edə bilərlər...

Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin əleyhinə qərar verib

Tanınmış aktyor təcili tibbi yardımda vəfat etdi - Foto

Hafiz Hacıyev: "..Allah xeyir eləsin, görünür, nəsə var…"

Xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb

Bakıda kafe sahibinin azyaşlı oğlu qaçırılıb, 200 min manat tələb edilib

İsraildə “iflic həftəsi” elan edildi: Netanyahu gedəcəkmi?..

Bakıda qanunsuz olaraq tikilən piyada keçidi sökülür - Foto, Vİdeo

Bakıda məktəb direktoru özünü “Ertoğrul”a bənzətdi - Video, açıqlama

Ən çox oxunanalar