Çərşənbə axşamı, 28 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göygöldə turizm zonalarını çirkləndirənlər cərimələndilər - Foto

Göygöldə turizm zonalarını çirkləndirənlər cərimələniblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xüsusilə turizm zonalarının ərazilərində məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

Sonuncu belə monitorinq zamanı rayon ərazisində fəaliyyət göstərən 5 iaşə obyektinin ərazisində məişət tullantılarının qalaqlanması və təyin olunmayan yerdə toplanması faktları aşkar olunub. Ərazi təmizəndikdən sonra obyektlərin icarədarları ilə profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb olunub.

Bundan başqa, polis əməkdaşları qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə də şəhər ərazisində reyd keçirib. Keçirilən tədbirlər zamanı xüsusilə də səkilərdə piyadaların hərəkətini çətinləşdirən, natəmizlik yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb.

Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb və yalnız müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyini onların diqqətinə çatdırıblar. Monitorinq zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan 21 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Ümumilikdə keçirilən tədbirlər nəticəsində 40 nəfər barəsində inzibati tədbir görülüb.

Fotolar

pia.az 


Etiket: Zibil


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan ordusu Xankəndinin bir addımlığında - Video

Rusiyada milyarder Fərhad Əhmədovu həbs edə bilərlər...

Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin əleyhinə qərar verib

Tanınmış aktyor təcili tibbi yardımda vəfat etdi - Foto

Hafiz Hacıyev: "..Allah xeyir eləsin, görünür, nəsə var…"

Qusar Şəhidlər xiyabanında kobud səhv - Foto  

Xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb

Bakıda kafe sahibinin azyaşlı oğlu qaçırılıb, 200 min manat tələb edilib

Bakıda məktəb direktoru özünü “Ertoğrul”a bənzətdi - Video, açıqlama

İsraildə “iflic həftəsi” elan edildi: Netanyahu gedəcəkmi?..

Ən çox oxunanalar