Bazar ertəsi, 27 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan İcmasında Türkiyə parlamentinin deputatları ilə görüş keçirilib

Qərbi Azərbaycan İcmasında Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvü ilə görüş keçirilib...

"Report" xəbər verir ki, türkiyəli qonaqları salamlayan Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərov bildirib ki, qardaş ölkənin parlamentarilərinin İcmanı ziyarət etməsi böyük mənəvi önəm daşıyır. Azərbaycanlıların ötən əsr boyunca dörd dəfə oz doğma torpaqlarından qovulması barədə məlumat verən sədr bu hadisələr zamanı azərbaycanlılara qarşı törədilmiş müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər barədə danışıb.

İcmanın Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Azərbaycan - Türkiyə dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov bildirib ki, qovulmuş azərbaycanlıların Ümumdünya İnsan Haqları Bəyannaməsi və digər beynəlxalq konvensiyalar çərçivəsində tanınmış hüquqlarının təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir.

TBMM-in Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım azərbaycanlıların başına gələn müsibətlərə görə kədərləndiyini dilə gətirərək beynəlxalq konvensiyalara uyğun olaraq onların geri qayıtmaq hüququnun bərpa olunmasının zəruriliyini vurğulayıb.

Görüşdə Qərbi Azərbaycan icmasının əsas orqanlarının rəhbərləri və Türkiyəki millət vəkilləri Orhan Erdem, Yunus Kılıç, Tülay Kaynarca, Uğur Bayraktutan, Yaşar Karadağ, TBMM beynəlxalq şöbəsinin əməkdaşı Ertuğrul Akay, səfirliyin əməkdaşı Öncü Güneş iştirak ediblər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada milyarder Fərhad Əhmədovu həbs edə bilərlər...

Azərbaycan ordusu Xankəndinin bir addımlığında - Video

Azərbaycana söz atmaq həvəsi qursağında qaldı: Ermənistan prezidenti özünü biabır etdi - Foto

Putin Mariupol səfəri haqda: Kəməri bağlamadım ki...

"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a uduzdu - Yenilənib

Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin əleyhinə qərar verib

Tanınmış aktyor təcili tibbi yardımda vəfat etdi - Foto

İlham Əliyev və Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyununa stadionda baxıblar - Yenilənib

Ən çox oxunanalar