Bazar ertəsi, 27 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının iclası keçirilib - Foto

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası iclas keçirib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, toplantıda Qayıdış Konsepsiyasının həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

İclası giriş sözü ilə açan Ağsaqqallar Şurasını sədri akademik Əhliman Əmiraslanov Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə uyğun olaraq sülhpərvər qayıdış konsepsiyasının hazırlandığını qeyd edərək, bu vacib sənədin hazırlanması və icrasında Ağsaqqallar Şurasının fəal iştirakının əhəmiyyətini vurğulayıb.

İdarə Heyətinin sədri Əziz Ələkbərli İcmanın Müşahidə Şurası tərəfindən 26 yanvar 2023-cü il tarixində təsdiq edilmiş Qayıdış Konsepsiyasının məzmunu və onun yerinə yetirilməsi üçün hazırda həyata keçirilən və planlaşdırılan tədbirlər barədə toplantı iştirakçılarına ətraflı məlumat verib.

İclasda çıxış edən Prof. V. Şadlinski, Akademik A. Məhərrəmov, Prof. Ə. Ələkbərov, Prof F. Ağamalı, Prof. İ. Əliyev, Prof. Ə. Quliyev, Prof. A. Bayramov və digərləri Qərbi Azərbaycana qayıdışa verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ediblər.

Toplantı iştirakçıları beynəlxalq hüquqa əsaslanan, sülhpərvər xarakterli Qayıdış Konsepsiyasını təqdir ediblər, onun icrası üçün səylərini əsirgəməyəcəklərini bildiriblər və bu prosesə dair təkliflərini səsləndiriblər.

Fotolar

pia.az 


Etiket: İclas


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada milyarder Fərhad Əhmədovu həbs edə bilərlər...

Azərbaycan ordusu Xankəndinin bir addımlığında - Video

Azərbaycana söz atmaq həvəsi qursağında qaldı: Ermənistan prezidenti özünü biabır etdi - Foto

Putin Mariupol səfəri haqda: Kəməri bağlamadım ki...

"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a uduzdu - Yenilənib

Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin əleyhinə qərar verib

Tanınmış aktyor təcili tibbi yardımda vəfat etdi - Foto

İlham Əliyev və Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyununa stadionda baxıblar - Yenilənib

Ən çox oxunanalar