Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partiya liderləri İran səfirliyinin dəvətini qəbul edərmi? - Sorğu

İran bizə düşmənliyini açıq büruzə verib...

Fevralın 11-də İran inqilabının 44-cü ildönümü qeyd ediləcək. İran İslam Respublikası hər il inqilabın ildönümünü təmtəraqlı şəkildə qeyd edir.

Qeyd edək ki, İran səfirlikləri də yerləşdikləri ölkələrdə bayramlarını qeyd edir və yerli dövlər xadimlərini, siyasətçiləri, partiya rəhbərlərinihəmin qəbula dəvət edirlər.

Maraqlıdır, yanvarın 27-də İrandakı səfirliyimizə qarşı törədilən terror hadisəsindən sonra, Bakıdakı İran səfirliyi inqilabın ildönümü münasibətilə tədbir keçirərsə və dəvətli olarlarsa, Azərbaycan siyasətçiləri dəvəti qəbul edəcəklərmi?

Bakıvaxtı.az partiya rəhbərləri arasında sorğu keçirib:

Ümüd Partiyasının sədri İqbal Ağazadə:

- Mən heç vaxt İran İslam İnqilabının ildönümü, yubiley və yaxud başqa bir tədbirində iştirak etməmişəm. Parlamentdə olduğum vaxtda da, sonralar da səfirlik tərəfindən tədbirlərinə dəvət olunmuşam, lakin getməmişəm.

Səfirliyin tədbirlərində iştirak etməməyimin bir səbəbi olub. O da İranın Azərbaycan türklərinin haqqına girməyidir. Məhz buna görə də, mən İran adlı dövlət tanımıram, imperiya tanıyıram. Hansı ki, orda da Azərbaycan türklərinin haqları var. Daim çalışmışam ki, Güney Azərbaycan öz haqlarına qovuşsun. Buna görə də mən bu tədbirlərdə iştirak etməmişəm və Güney Azərbaycanın Azərbaycanda səfirliyi açılana qədər də heç bir zaman da iştirak etməyəcəm. Güney Azərbaycan azad olunandan sonra isə birləşmək mövzusunda birgə düşünəcəyik.

Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa:

- Bu tədbir Bakıda keçirilə bilməz. Çünki Bakıdakı hər hansı bir məkanda bu tədbirin keçirilməsi üçün kiminsə razılıq verməsi mümkün deyil. Amma icazə verilsə belə, bizim hansısa şəkildə iştirakımız mümkün deyil.

Bu inqilab bilavasitə bizim şəhidimizi qətlə yetirib. O baxımdan inanmıram ki, kimsə bu tədbirdə iştirak eləsin.

Vəhdət Partiyasının rəhbəri Tahir Kərimli:

- Biz İran İslam Respublikası ilə diplomatik münasibətləri demək olar ki, dayandırmışıq. Mənim üçün dövlətimin mənafeyi daha qiymətlidir. Buna görə də mən həmin tədbirdə iştirak edə bilməyəcəm.

Ağ Partiyanınrəhbəri TuralAbbaslı:

-Səfirlik hər il bu kimi tədbirlər keçirir və bizi də dəvət edir. Biz isə bəzən iştirak edə bilmişik, bəzən isə yox. Hələ ki, bizə bununla bağlı dəvət gəlməyib. Lakin dəvət etsələr belə, biz Tehranda səfirliyimizə qarşı törədilən terror hadisəsinə etiraz olaraq o tədbirdə iştirak etməyəcik.

Mən sizin saytınız vasitənizlə çağırış edirəm ki, bu tədbirə dəvət alan heç bir siyasi xadim orda iştirak etməsin. Qoy İran hansı oyunun içində olduğunu anlasın və Azərbaycan xalqının bu mövzuda həmfikir olduğunu başa düşsün.

Real Partiyasının siyasi komitəsinin üzvü Natiq Cəfərli:

- Biz heç vaxt İran səfirliyinin bu tədbirinə dəvət almamışıq. Bundan sonra da yəqin ki, dəvət olmayacaq. Lakin olsa belə iştirak etməyəcik.

Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev:

- Hesab edirəm ki, İran İslam İnqilabının Azərbaycanda ildönümünün keçirilməsi düzgün olmaz. Bu, böyük bir təxribat ola bilər.

İran bizə düşmənliyini açıq büruzə verib. Ona görə də, heç kim razı olmaz ki, onlar inqilabın ildönümü tədbirini Bakıda keçirsin. Təbii ki, bu işdə maraqlı qüvvələr, deputatlar, partiya sədrləri var. Onlar əlbəttə ki, istəyərlər ki, bu tədbir keçirilsin və gedib orda yaltaqlansınlar.

Mən dəvət olunsam belə, iştirak etmərəm. O tədbirdə ancaq İran agenturaları iştirak edə bilər.

Bir daha qeyd edirəm ki, İranın Bakıda bu tipli tədbir keçirməsinə icazə vermək olmaz.

Milli Cəbhə Partiyasının rəhbəri Razi Nurullayev:

- Bu günə qədər İran səfirliyi məni heç bir tədbirinə dəvət etməyib. Hal-hazırda mənim İrana qarşı ritorikam, sərt mövqeyim bəllidir. O baxımdan bu il də İran səfirliyinin məni tədbirə dəvət etməsində ümidli deyiləm.

Eyni zamanda, İran səfirliyinin belə bir tədbiri Bakıda keçirməsini zənn etmirəm.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar