Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu dəhşətlidir” - Kral ailəsinin qalmaqalları sirrləri…

Şahzadə Diananın boşanması ilə bağlı gizli məktublar ortaya çıxıb…

Şahzadə Diana ilə Kral III Çarlzın 90-cı illərin sonlarında səs-küylü boşanmasının yeni təfərrüatları məlum olub.

PİA.az xəbər verir ki, bu barədə The New York Post qəzetinin məqaləsində bildirilir.

Şahzadə Diananın dostlarına yazdığı 32 məktub artıq hərraca çıxarılıb.

Şahzadə Uilyam və Şahzadə Harrinin anasının dostlarına göndərdiyi gizli məktublar onun Britaniya monarxından “çirkin” boşanmasını təfərrüatlandıran ayrılığın nə qədər ağrılı olduğunu göstərir.

Şahzadə Diananın dostları Susie və Tarek Kasemə yazdığı 32 məktub indi hərraca çıxarılıb. Hərracdan əldə olunan gəlir şahzadə Diananın sağlığında dəstəklədiyi müxtəlif xeyriyyə təşkilatlarına bağışlanacaq.

Kasem cütlüyü təxminən 111.000 dollara satılacağı təxmin edilən məktubları 16 fevral 2023-cü ildə Lay's Auctioneers hərracına qoydular.

28 aprel 1996-cı il tarixli satılacaq məktublardan biri kraliça II Yelizavetanın böyük oğlunun keçmiş sevgilisinin çətin münasibətləri zamanı keçirdiyi hissləri təsvir edir.

“Mənim üçün çox çətindir və təzyiqlər ciddidir və hər tərəfdən gəlir. Bəzən başını dik tutmaq çox çətindir və bu gün diz çökmüşəm. Sadəcə bu boşanmanın bitməsini istəyirəm, çünki qiymət böyükdür”, deyə şahzadə daha sonra yazdı.

Bu məktubdab iki ay əvvəl Diana kraliyyət mənsubu olan ərindən boşanmağa razılaşdığını bildirib.

Bundan başqa şahzadə Diana telefonunun dinlənildiyini də bildirib.

20 may 1996-cı ildə şahzadə Çarlzın o vaxtkı arvadı dostuna yazırdı: "Mənim mobil telefonum olmadığına görə, şəxsi problemlərimi burda yaza bilmirəm. Çünki bütün yazışmalarım oxunur və ondan sonar göndərilir”.

“Əgər bir il əvvəl bu boşanmaya görə nələrə dözməli olacağımı bilsəydim, heç vaxt razılaşmazdım. Bu, çıxılmaz və dəhşətlidir”, deyə Diana məktubda yazır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar