Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeltsinin Ukraynaya qarşı müharibə ilə bağlı proqnozları ortaya çıxdı

“Sabitliyi pozan əsas faktordur”...

“1992-ci ildə Rusiya prezidenti Boris Yeltsin ABŞ prezidenti Böyük Corc Buşla söhbəti zamanı Ukraynanı “sabitliyi pozan əsas faktor” adlandırmışdı”.

Bu barədə ABŞ Milli Təhlükəsizlik Arxivinin məxfilikdən çıxarılmış qeydlərində bildirilib.

Qeydlərdə Rusiya-Ukrayna münasibətləri ilə bağlı mövzular demək olar ki, bütün danışıqlarda gündəmə gəlir.

İddia olunur ki, Yeltsin mübahisələri “sülh yolu ilə” həll etməyə çalışsa da, dərhal “parlamentdəki millətçi qruplar”dan gələn təhdidlərlə bağlı nağıllar uydururdu. Yeltsin Ukraynanın ilk prezidenti, kommunist Leonid Kravçuku dəstəkləyirdi və onun guya Ali Radada ukraynayönlü qüvvələrlə “qarşılaşdığı” “daxili təzyiqi başa düşürdü”.

Söhbətlərin birində Yeltsin deyib ki, Ukrayna “bizim üçün sabitliyi pozan əsas faktordur”. Lakin Buşu əmin edib ki, “Rusiya-Ukrayna münasibətlərində Yuqoslaviya davası olmayacaq”.

Qeyd olunur ki, həmin dövrdə Ukrayna, Qazaxıstan və Belarus bütün nüvə silahlarını Rusiyaya təhvil verməklə bağlı razılıqlarını bildiriblər.(oxu.az)

pia.az


Etiket: Yeltsin Ukrayna


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar