Çərşənbə, 29 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda “Huseyniyyun” qruplaşmasının terror təşkilatı elan edilməsinin vaxtı çatmayıb?

Azərbaycanda uzun müddətdir “Huseyniyyun” təşkilatı barədə müzakirələr gedir...

İlyas Hüseynov: “Bu təşkilat həm Azərbaycan ərazisində seperatizmi təşviq edir, həm də müxtəlif ziddiyyətləri genişləndirmək niyyəti güdür”.

Azərbaycan çox çalışırdı ki, İranla münasibətlər nizama salınsın”.

Bu sözləri politoloq İlyas Hüseynov Azərbaycan dövlətinin “Huseyniyyun” təşkilatını terror təşkilatı elan etməsi məsələsini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda uzun müddətdir İranın, daha doğrusu SEPAH-ın yaratdığı “Huseyniyyun” təşkilatı barədə müzakirələr gedir. Bilirik mərkəzi İranda olan bu təşkilart Azərbaycanda özünü islam müqavimət təşkilatı olaraq təqdim edir və bir başa Azərbaycan xalqına və dövlətinə qarşı teror yolu ilə mübarizə aparmağı qarşısına məqsəd qoyub.

Bütün bunlardan çıxış edərsək, Azərbaycan dövlətinin “Huseyniyyun” təşkilatını terror təşkilatı elan etməsi doğru olmazmı?

Mövzunu PİA.az-ın əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Azərbaycan tərəfindən “Huseyniyyun” təşkilatının terror təşkilatı elan edilməsinin vaxtıdır”.

İranda güc və silah yolu ilə Azərbaycanda siyasi sabitliyin pozulmasına dair müxtəlif fikirlərin irəli sürüldüyünü xatırladan politoloq PİA.az-a bildirib ki, bu da milli təhlükəsizliyimiz nöqteyi-nəzərdən böyük təhdid kimi qiymətləndirilməlidir:

“Qeyd edim ki, Azərbaycanın Vətən müharibəsindəki tarixi qələbəsi bir sıra güc mərkəzlərini, Azərbaycana qənim kəsilən dövlətləri narahat edir. Bu dövlətlərdən biri də İrandır. Cənub qonşumuz İranla mehriban qonşuluq siyasəti formalaşdırmaq çərçivəsində Azərbaycan hər zaman iradə nümayiş etdirib. İran Qərblə ziddiyyətli və müharibə həddində olanda biz ərazimizi digər dövlət üçün istifadəyə icazə verməmişik. Eyni zamanda uzun illər ərzində İsraildə Azərbaycanın səfirliyi fəaliyyət göstərmirdi.

Beləliklə də, Azərbaycan çox çalışırdı ki, İranla münasibətlər nizama salınsın. Amma biz görürük ki, həqiqətən də ölkəmizə qarşı düşmənçilik xislətindən çıxış edən İranın bəzi dairələri var.

İslam İnqilabı Keşişçilər Korpusunun bu fəaliyyətdə adının olması onu deməyə əsas verir ki, münasibətlər kifayət qədər gərgindir. İki il ərzində İranın Azərbaycana çoxsaylı təxribatlar etdiyini gördük. Həm sərhədlərimizdə təlimlərin keçirildi, həm Qafanda İranın səfirliyi tez-tələsik açıldı. Bu səfirlik açılanda da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanda hava limanının açılışında iştirak edirdi. Yəni səfirliyin açılmasının həmin günə salınması heç də təsadüfi deyildi.

İlyas Hüseynov: “Həqiqətən də ölkəmizə qarşı düşmənçilik xislətindən çıxış edən İranın bəzi dairələri var”.

Vətən müharibəsində sonra Azərbaycan İranla bağlı bütün sahvələri bağlamaq istəsə də, daha kəskin və xoşagəlməz münasibətlə qarşılaşdı. Bu gün İran-Ermənistan münasibətləri ən yüksək həddə çatıb. Ermənistan baş nazirinin həyat yoldaşının məsciddə böyük dəbdəbə ilə qarşılayırlar. Yəni İranın Azərbaycana qarşı atdığı addımların sayı-hesabı yoxdur.

Düşünürəm ki, Azərbaycan tərəfindən “Huseyniyyun” təşkilatının terror təşkilatı elan edilməsinin vaxtıdır. Çünki bu təşkilat həm Azərbaycan ərazisində seperatizmi təşviq edir, həm də müxtəlif ziddiyyətləri genişləndirmək niyyəti güdür. Eyni zamanda “Huseyniyyun” təşkilatı terrora çağırış edir.

İranda güc və silah yolu ilə Azərbaycanda siyasi sabitliyin pozulmasına dair müxtəlif fikirlər irəli sürülür. Bu da milli təhlükəsizliyimiz nöqteyi-nəzərdən böyük təhdid kimi qiymətləndirilir. Hesab edirəm ki, buna da çox tutarlı, kəskin və vaxtında verilmiş qərar qəbul olunacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evinin önündə güllələnən Fazil Mustafa əməliyyatdan çıxdı- Yenilənib, Video

Millət vəkilinin güllələnməsi: DTX-nın saxladığı İran casusu demişdi...

Fazil Mustafaya hücumu kim təşkil edib? Niyə bu gün?

Məleykə Abbaszadə, Yavər Camalov, Fazil Mustafa və... - Övladını itirmiş məşhurlar

"Dedilər çəkiliş olmaz, qurbağalar narahat olur" - Fazil Mustafa

Millət vəkilinin dostu: “Hadisə Fazil Mustafanın kiçik qızının gözü qarşısında baş verib”

Quru sərhədlər açılır? - Deputat tarix açıqladı

"İnsan nə qədər abırsız olmalıdır ki..." - Deputat

Güclü külək əsəcək, yağış və qar yağacaq - Xəbərdarlıq

İlham Əliyev 2020-ci il noyabrın 9-da Vladimir Putinlə Laçınla bağlı apardığı danışıqların detallarını açıqlayıb

Ən çox oxunanalar