Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FED uçot dərəcəsini nə qədər artıracaq?

Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) iki günlük iclası start götürür. İclasın sonuncu günündə uçot dərəcəsinə yenidən baxılacaq.

Sabahkı iclasda tənzimləyicinin uçot dərəcəsinin artım tempini biraz da aşağı salaraq, 0,25 faiz bəndi həddində artıma gedəcəyi gözlənilir. Bununla da uçot dərəcəsi 4,50-4,75 %-ə çatdırılacaq.

Ötən ilin martında 2018-ci ildən bəri ilk dəfə olaraq FED-in uçot dərəcəsi artırıldı. Məqsəd 40 ilin ən böyük qiymət artımının qarşısını alaraq qiymətlərin sabitliyini təmin etmək və inflyasiyanın hədəflənən (2 %) həddə salmaq idi. Bunun üçün isə faiz dərəcələrini artırılması yolu ilə iqtisadiyyatı “soyutmaq” gərəkirdi. Tənzimləyici son 7 iclasda uçot dərəcəsini ümumilikdə 425 baza bəndi artırıb. Bunun əsas hissəsini 0,75 faiz bəndi həddində artım təşkil edir. Uçot dərəcəsi ardıcıl olaraq 4 dəfə həmin həddə artırıldıqdan sonra FED son olaraq 0,50 faiz bəndi həddində artıma getdi. Artım tempinin aşağı düşməsi inflasiyanın azaldılması yönündə pozitiv tendensiyanın formalaşması ilə əlaqələndirilirdi. Ötən dövr ərzində həmin tendensiya daha da dərinləşib. Belə ki, dekabrda istehlak qiymətləri illik ifadədə 6,5 % artıb ki, bu da 2021-ci ilin oktyabr ayından bu yana ən aşağı göstərici olub. Müqayisə üçün inflyasiya əvvəlki ayda 7,1 %, oktyabrda 7,7 %, sentyabrda 8,2 % olub.

Güründüyü kimi inflyasiyanın azalması istiqamətində sabit tendensiya izlənilir. Lakin qiymət təzyiqinin tamamilə aradan qalxdığını və inflyasiyanın cilovlandığını demək tezdir. Ən azından əmək bazarında formalaşan durum bunu deməyə əsas verir. Dekabrda ABŞ iqtisadiyyatı iş yerlərinin yüksək artım tempini saxlayıb. İşsizlik səviyyəsi ötən ay noyabrdakı 3,6 %-dən 3,5 %-ə düşüb. Ötən il ərzində iş yerlərinin sayı bütövlükdə 4,5 milyon nəfər artıb ki, bu da 1940-cı ildən bu yana ikinci ən yaxşı göstəricidir. Güclü əmək bazarı FED-i daha aşağı templə olsa belə yenə də sərt pul-kredit siyasəti yürütməyə sövq edəcək. Nəticədə kreditlər daha da bahalaşacaq bu isə istehlak xərclərini aşağı salmaqla nəticə etibarı ilə biznesə investisiyaları azaldacaq. Beləliklə ilin ortasına kimi əmək bazarının artım dinamikası əhəmiyyətli dərəcədə aşağı düşəcək. Buna kimi isə uçot dərəcəsinin hələ iki dəfə (0,25 və 0,25 faiz bəndi) artırılacağı gözlənilir. Daha sonra FED bir müddətlik fasilə verərək uçot dərəcəsini həmin həddə saxlayacaq.

Xatırladaq ki, FED 2022-ci ilin mart ayında 2018-ci ildən bəri ilk dəfə olaraq uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq illik 0,25-0,5 %-ə çatdırdı. Mayda uçot dərəcəsi 0,50 faiz bəndi artırılaraq 0,75-1 %-ə, iyunda 0,75 faiz bəndi (son 28 ildə ən kəskin artım) artırılaraq 1,5-1,75 %-ə, iyulda 0,75 faiz bəndi artırılaraq 2,25-2,5 %-ə, sentyabrda 0,75 faiz bəndi artırılaraq 3-3,25 %-ə, noyabrda daha 0,75 % artırılaraq 3,75-4 %-ə və dekabrda 0,50 faiz bəndi artırılaraq 4,25-4,50 %-ə çatdırıldı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar