Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxda qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə əhali arasında maarifləndirici tədbirlər davam etdirilir

Qonşu dövlətlərdə yayılmış, bir çox kənd təsərürfatı bitkilərinə, o cümlədən fındıq bağlarına, eləcə də meşə təsərrüfatına, park və yaşıllıqlara ciddi ziyan vura bilən qəhvəyi mərmər bağacığı (Halyomorpha halys) respublikamızın 8 rayonu üzrə 34 məntəqədə aşkarlanıb və növbəti illərdə ölkə ərazisində geniş yayılması riski yüksəkdir.

Məlumat üçün onu da qeyd edək ki, qəhvəyi mərmər bağacığı təhlükəli zərərverici olub, 300-dən çox bitki ilə qidalanır ki, onlardan 113-ü Azərbaycan florasında mövcuddur. Zərərverici kənd təsərrüfatı bitkilərinin, xüsusən də fındıq, qarğıdalı, tumlu və çəyirdəkli meyvə bitkilərinin məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salaraq 90%-ə qədər məhsul itkisinə səbəb ola bilir. Zərərverici əsasən yaz-yay mövsümündə uçmaqla, payız-qış mövsümündə isə sığınacaq yerləri olan qablaşdırma və nəqliyyat vasitələri ilə ərazilərə yayılır. Bununla əlaqədar olaraq ölkə ərazisində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, mövcud yayılmanın qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 dekabr tarixli 819s nömrəli Sərəncamının icrası ilə əlaqədar “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı” təsdiq edilmişdir.

“Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı”nın koordinasiyalı icrasını təşkil etmək məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndlərinin iştirakı ilə Qazax-Tovuz bölgəsində Regional Əlaqələndirmə Mərkəzinin 13 və 27 yanvar tarixlərində Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən müşavirələrdə səslənən tapşırıqların icrası istiqamətində həyata keçirilən işlər uğurla davam etdirilir.

Belə ki, qəhvəyi mərmər bağacığın ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlərə start verilib. Bu çərçivədə “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı əsasında yaradılan və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbərlik etdiyi Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq qərb bölgəsində (Qazax, Tovuz, Ağstafa rayonları üzrə) görüşlər təşkil olunur.

Bundan əlavə, qəhvəyi mərmər bağacığın müşahidə edildiyi ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində maarifləndirici görüşlərin keçirilməsi ilə yanaşı, zərərverici haqqında buklet və bannerlər də yerli əhali arasında paylanır, müvafiq yerlərə yapışdırılır. Eləcə də KİV-də məlumatlar, sosial şəbəkələrdə posterlər yayımlanır. Həmçinin qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirici videoçarx hazırlanaraq geniş ictimaiyyətə təqdim olunur.

Qərb Ərazi Baş Gömrük İdarəsi Qırmızı Körpü Gömrük Postunda qəhvəyi mərmər bağacığına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində gün ərzində “Sınıq Körpü” Buraxılış Məntəqəsindən ölkə ərazisinə daxil olan ağır tonnajlı yük maşınlarında (tırlarda) dezinfeksiya işləri aparılır. 17 yanvar tarixindən bu günə kimi 5284 maşın dezinfeksiya olunub.

Yanvarın 30-da Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyevin, qərargah üzvlərinin və digər aidiyyəti şəxslərin iştirakı ilə növbəti maarifləndirici görüşlər olub. Qərargah üzvləri İkinci və Birinci Şıxlı kəndlərində sakinlərin evlərində olub, yerində baxış keçiriblər. Görüş zamanı qəhvəyi mərmər bağacığın yayılmasının qarşısını almaq məqsədilə görülməsi nəzərdə tutulan işlərə, həyata keçiriləcək məqsədyönlü mübarizə tədbirlərinə sakinlərin də dəstək olmaları, yaşdıqları evdə və yaxud da ərazidə sözügedən zərərvericiyə rast gəldikləri zaman dərhal aidiyyəti şəxslərə məlumat vermələrini bildiriblər.

pia.az


Etiket: Qazax


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar