Cümə axşamı, 23 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın sanksiyalardan yayınması “sənaye səviyyəsinə” çatıb…

Rusiya sanksiyalardan yan keçməyin bir çox yolunu tapıb. Xüsusilə, bu, məhdudiyyətlərin tətbiqini dəstəkləməyən ölkələrlə təmaslara aiddir...

PİA.az xəbər verir ki, bu barədə The Economist nəşrinin məlumatında bildirilir. Nəşr qeyd edir ki, Moskvanın sanksiyalardan yayınması “sənaye səviyyəsinə” alıb.

“Böyük Qərb şirkətləri bir anda Rusiya nefti ilə ticarət etməkdən və tədarükləri sığortalamaqdan imtina etdilər. Ancaq məlum oldu ki, Rusiyaya qarşı nə qədər çox tədbirlər tətbiq edilərsə, “boz sxemlər” bazarı bir o qədər genişlənir və bu sxemlər sanksiyalardan yan keçməyə imkan verir”, The Economist yazır.

Qəzet qeyd edir ki, bazar həmişə anti-Rusiya məhdudiyyətlərinin yeni paketinə tez reaksiya verir. Artıq Rusiya neftinin qiymət tavanının tətbiqindən iki ay keçib. Buna baxmayaraq ticarət həcmi isə 2022-ci ilin yayın səviyyəsinə qayıtıb:

“Deyə bilərsiniz ki, Rusiya nefti böyük endirimlərlə satmağa məcburdur, lakin istənilən halda ona tələbat var və dünya qiymətlərinin artması ilə Rusiya xammalının kotirovkaları da artır və bu da Moskvaya davamlı olaraq böyük həcmdə neft satmağa imkan verir”, deyə The Economist vurğulayır.

Nəşr qeyd edir ki, yeni daşıyıcılar və satıcılar Kremlə bütün mümkün qadağalardan yan keçməyə kömək etməkdən böyük məmnunluq duyurlar…

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı DİN-dən açıqlama – Yenilənib, Foto

Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində 11 nəfər ölüb - Yenilənib

Ramazan bayramı ilə əlaqədar bu tarixlərdə iş olmayacaq

Bakını təhdid edən SEPAH-ın inanılmaz planı üzə çıxdı – gizli sənəd

Mədəniyyət Nazirliyi Oqtay Əliyevin ölümü ilə bağlı nekroloq yayıb

Yol qəzası nəticəsində xəsarət alan Mehriban Zəkinin vəziyyəti orta ağırdır

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

ABŞ öz bəlalarını Bakıya “köçürür” – Politoloq

Türkiyədə prezident seçkilərində iştirak edəcək azərbaycanlı kimdir?

Ən çox oxunanalar