Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Olimpiya çempionu: “Bu, ən yaralı yerimizdir”

“Bu, ən yaralı yerimizdir”...

"Report"un məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi, olimpiya çempionu Namiq Abdullayev ağır çəkidəki problemlərlə bağlı danışarkən deyib.

52 yaşlı mütəxəssis bunun aktual mövzu olduğunu bildirib: "Bizim vaxtımızda - müstəqilliyin ilk illərində də belə söhbətlər var idi ki, legionerlər cəlb edilir, amma bizim öz güləşçilərimiz yoxdur. Biz güləşəndə də eyni problem mövcud idi. Əsasən klublarda, cəmiyyətlərdə, bölgələrdə bununla məşğul olunmalıdır. Paytaxtdan kənarda məşq proseslərinə ağır çəkili idmançılar cəlb edilməlidir. Əslində, bu suala cavab vermək çətindir. SSRİ vaxtında da bizim böyük çəkilərdə güclü güləşçilərimiz olmayıb. Eşitməmişəm ki, hansısa azərbaycanlı SSRİ çempionu adını qazansın. Bununla bağlı dəfələrlə demişik. Ağır çəkili güləşçilər çox azdır. Yunan-Roma güləşində bizə nisbətən var".

Abdullayev yunan-Roma klublar və cəmiyyətlərin bu kimi məsələlərə önəm verməli olduğunu söyləyib: "Yığma komandaya Azərbaycan çempionatında 1-3-cü yeri tutmuş güləşçilər cəlb edilirlər. Azərbaycanda niyə böyük çəkidə uğurlar qazanılmır? Mən özüm də bunu deməkdə çətinlik çəkirəm. Bəlkə də bu, genetik baxımdan belədir. Başqa dövlətlərdə, şəhərlərdə, bizim yaxın qonşularda, Gürcüstanda və Rusiyada böyük çəkili güləşçilər hər zaman olub. Sadəcə, bizdə azdır. Bununla bağlı işlər gedir. İnanmaq istəyirəm ki, yaxın gələcəkdə bizim də belə güləşçilərimiz Avropa və dünya çempionatlarında qızıl medal qazanacaqlar. Bu, istəkdir. Ancaq yenə vurğulamaq istəyirəm ki, bununla bağlı bölgələrdə iş aparılmalıdır. Hansı ki, dağlıq yerlərdə təbii gücü olan gəncləri axtarıb tapmalıdırlar və onları cəmiyyətlərə, klublara cəlb etməlidirlər. Paytaxtda da bu yöndə işlər aparılır".

Baş məşqçi belə idmançıları əsasən regionlarda axtarmağın lazım olduğunu diqqətə çatdırıb: "Biz də istəyirik ki, böyük çəkili idmançılarımız nailiyyətlər əldə etsinlər və legioner cəlb etməyək. Kənarda idmançının gəlməyi də bir tərəfdən xeyirlidir. Rəqabət olmayan yerdə uğur qazanmaq mümkün deyil. Biz həmişə ədalətli seçim etməyə çalışırıq. Bizim idmançılarımız öz gücünü göstərib qalib gəlirsə, dərhal yarışlarda ona şans verilir. Bir daha vurğulamaq istəyirəm ki, ötənilki dünya çempionatında 9 güləşçidən 7-si azərbaycanlı idi. Avropa çempionatında da 6 çəki sırf bizim öz güləşçilərimiz idi. Biz sonadək güləşçilərimizə şans verməyə hazırıq. Amma nailiyyət əldən etməkdən ötrü legionerlər də cəlb edilir. Rəqabət olmalıdır ki, bizim idmançılarımız çətinlikləri görsünlər. Müxtəlif ölkələrin sərbəst güləşçiləri Bakıda təlim-məşq toplanışında idi. Bu əslində güləşçilərimiz üçün yarış deməkdir. Onlar hər məşq prosesində bir xarici idmançı ilə güləşirdilər. İki həftə ərzində 20-dən çox qarşılaşma baş tutub. Bunun özü bir təcrübə deməkdir. Bizdə güclü və titullu idmançılar olduğu üçün digər ölkələrin komandaları da burada hazırlıq prosesi keçməkdə maraqlıdırlar. Fevralda da bəzi ölkələr təlim-məşq toplanışı üçün Bakıya gələcəklər. Adlarını daha sonra açıqlayacağıq. Belə hazırlıq prosesi onlara daha çox kömək edir".

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar