Cümə, 24 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mobil cihazın İMEİ nömrəsini dəyişdirənlər 300-12 000 manat cərimə ödəyəcək

Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi, Milli Məclisin İnzibati Xətallar Məcəlləsində etdiyi dəyişikliklərə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə onun İMEİ nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsinə fiziki şəxslər 300-400 manat, vəzifəli şəxslər 1 000 - 1500 manat hüquqi şəxslər isə 3 000 - 4000 manat məbləğdə cərimə ediləcək.

PİA.az xəbər verir ki, Məcəllənin 368-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər 600 - 800 manat, vəzifəli şəxslər 2 000 - 2 500 manat, hüquqi şəxslər isə 9 000 - 12 000 manat cərimə ödəyəcək.

Nazirlər Kabineti mobil cihazların İMEİ nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsinə görə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini iki ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, qanunundan irəli gələn digər məsələləri həll etməlidir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Oqtay Əliyevin dəfnindəki bu kadr ŞOK ETDİ- Foto   

Dövlətin böyük məbləğli tenderlərini udan Əlövsət Orucov kimdir?

Oqtay Əliyev qəza anında… – Mehriban Zəki bunu İLK DƏFƏ açıqladı   

Azərbaycan Qarabağda “qızıl açarı” ələ keçirdi – Nələr baş verəcək?

Gömrük Komitəsinin “aeroport əməliyyatı” etiraz yaratdı – Böyük narazılıq

Bütün vətəndaşların piyada getdiyi parka AzTV sədri niyə maşınla gedir? – Foto

Əliyevi heç kim dayandıra bilməyəcək – Erməni siyasətçi etiraf etdi

İranda zəlzələ nəticəsində 165 nəfər yaralanıb - Yenilənib, Video

Azərbaycanda ən yüksək maaşı bu peşə sahibləri alır 

Peyğəmbərin yetişdirdiyi və ən yaxşı dediyi xurma hansıdır?

Ən çox oxunanalar