Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qoşulmama Hərəkatının Gənclər Təşkilatı səfirliyimizə hücumu pisləyib

Qoşulmama Hərəkatının Gənclər Təşkilatı 27 yanvar 2023 tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş silahlı hücumu pisləyən bəyanat qəbul edib...

Bu barədə “Report”a təşkilatdan bildirilib.

"27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı basqın olub. Hadisə nəticəsində səfirliyin əməkdaşlarından biri həlak olub və iki nəfər yaralanıb.

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı silahlı hücumu qətiyyətlə pisləyir, mərhumun ailə üzvlərinə və yaxınlarına və Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayır, hadisənin qərəzsiz və hərtərəfli araşdırılmasına və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsinə çağırır", - təşkilatdan bildirilib.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terrorçu Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar