Çərşənbə, 29 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Süni intellektə malik “Shahed” ovçuları Ukraynaya gətirilib…

Komplekslər Ukraynanın enerji obyektlərini Rusiyanın hücumlarından qoruyacaq…

Ukrayna İranın kamikadze dronları ilə mübarizə aparmaq üçün komplekslər alıb.

Rusiyanın kritik infrastruktura kütləvi zərbələr endirmək üçün istifadə etdiyi “Shahed” dronları artıq daha asan ovlnacaq.

PİA.az xəbər verir ki, bu barədə yanvarın 27-də Ukraynanın baş nazirinin müavini, rəqəmsal transformasiya naziri Mixail Fedorov Telegram kanalında məlumat verib.

“Bunlar ABŞ-ın strateji obyektlərini qoruyan müasir müdafiə texnologiyalarıdır... Fortem DroneHunter F700 radar nəzarəti və süni intellektə malik avtonom pilotsuz təyyarədir. O, 100 km/saatdan çox sürətlə uçur, düşmənin pilotsuz təyyarələrini tutur və yerə endirir”, deyə Fedorov bildirib.

Fedorov aydınlaşdırıb ki, bu komplekslər Ukraynanın enerji obyektlərini qoruyacaq. Baş nazirin müavini poliqondakı operatorların satın alınan komplekslərlə necə işləməsini göstərən video da yayımlayıb.

Qeyd edək ki, Rusiya 2022-ci ilin sentyabrından Ukraynada İran “Shahed”lərindən istifadə etməyə başlayıb. Bu PUA-lar çox primitivdir və döyüş meydanında əməliyyatlar aparmaq iqtidarında deyil. Bu, sadəcə dinc şəhərlərə hücum üçün terror silahıdır. Ukraynanın kritik infrastrukturuna zərbə vuran Moskva onlardan məhz belə istifadə edir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fazil Mustafa ikinci dəfə əməliyyat olunub- Yenilənib, Video

Millət vəkilinin güllələnməsi: DTX-nın saxladığı İran casusu demişdi...

Fazil Mustafaya hücumu kim təşkil edib? Niyə bu gün?

Məleykə Abbaszadə, Yavər Camalov, Fazil Mustafa və... - Övladını itirmiş məşhurlar

"Dedilər çəkiliş olmaz, qurbağalar narahat olur" - Fazil Mustafa

Millət vəkilinin dostu: “Hadisə Fazil Mustafanın kiçik qızının gözü qarşısında baş verib”

Sui-qəsd cəhdindən sonra Fazil Mustafadan ilk açıqlama

Quru sərhədlər açılır? - Deputat tarix açıqladı

Güclü külək əsəcək, yağış və qar yağacaq - Xəbərdarlıq

Oğul 58 yaşlı atasını söyüşə görə öldürüb - Təfərrüat

Ən çox oxunanalar