Çərşənbə, 29 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İslam Əməkdaşlıq Gənclər Forumu azərbaycanlı ekofəallara dəstək olub

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarını qanunsuz istismarını kəskin şəkildə pisləyib...

PİA.az xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İcraiyyə Şurasının bu gün keçirilən iclasının yekunları üzrə qəbul edilən qərarda deyilir.

Bildirilib ki, Ermənistanın bu addımları bütün üçtərəfli razılaşmaları pozur.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun rəhbərliyi azərbaycanlı ekofəalların və QHT nümayəndələrinin Xankəndi-Laçın yolunda dinc etiraz aksiyasını dəstəkləyib və bununla bağlı İslam Əməkdaşlıq Gənclər Forumu daxilindəki strukturları müxtəlif media platformalarında azərbaycanlı fəallara dəstək verməyə çağırıb.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 47 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fazil Mustafa ikinci dəfə əməliyyat olunub- Yenilənib, Video

Millət vəkilinin güllələnməsi: DTX-nın saxladığı İran casusu demişdi...

Fazil Mustafaya hücumu kim təşkil edib? Niyə bu gün?

Sui-qəsd cəhdindən sonra Fazil Mustafadan ilk açıqlama

Millət vəkilinin dostu: “Hadisə Fazil Mustafanın kiçik qızının gözü qarşısında baş verib”

Ermənistan İran PUA-ları üçün hava məkanını açdı...- Bölgədə yeni müharibə?

Dövlət Komitəsinin sədr müavini: “Televiziyaya zəng vurub biabırçılığı dayandırmağı tələb etdim”

Adil Əliyev: "Cinayətkarlar yaxalanmadan hər hansı bir iddia irəli sürmək doğru olmaz"

DİN-dən Fazil Mustafaya qarşı törədilən cinayətlə bağlı çağırış

Ən çox oxunanalar