Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yevgeni Mixaylov: “Paşinyan müharibəyə başlamağa çalışır”

Ermənistan parlamentinin yanvarın 26-da keçirilən iclasında ölkənin baş naziri Nikol Paşinyan növbəti dəfə bəyan edib ki, “Laçın yolunda faktların araşdırılması ilə bağlı beynəlxalq missiya göndərilməlidir”.

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən ərazisinə Avropa İttifaqının “sülhməramlı müşahidəçi”lərini göndərmək qərarından sonra İrəvanın bu cür bəyanatları çoxalıb.

Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırmaları” (“Jurnalistskiye rassledovaniya”) “YouTube” kanalının aparıcısı Yevgeni Mixaylov Oxu.Az-a müsahibəsində qeyd edib ki, Nikol Paşinyan həm anti-Rusiya, həm də anti-Azərbaycan məsələlərinin həlli üçün Qərb tərəfdaşlarının geniş miqyasda cəlb olunmasına can atır:

- Onun məqsədi regionda münaqişə yaratmaqdır. İndi Qarabağda Rusiya sülhməramlıları var, onlar vəziyyətə nəzarəti İrəvanın qərb tərəfdaşlarına verməyəcəklər və Bakı da bunun əleyhinədir.

Hazırda regionda təhlükəsizlik təhdidlərini neytrallaşdırmaq üçün Rusiyanın Azərbaycanla razılaşdırılmış qəfil müdaxiləsi lazımdır. Təkrar edirəm: Paşinyanın indi etdiyi hər şey, əslində, müharibəyə başlamaq cəhdidir və o, həmişəki kimi, təkcə baş nazir kürsüsündə deyil, həm də üç-dörd stulda da oturmağa çalışacaq. Elə dövr olub ki, çoxları Paşinyanın regionun, öz xalqının maraqlarından çıxış etdiyini düşünürdülər. Amma indi aydın olur ki, bu belə deyil.

Nikol Paşinyan ancaq onu və komandasını hakimiyyətə gətirənlərə işləyir. Biz hamımız başa düşürük ki, Ermənistan hökuməti Soros fondları və ABŞ institutlarının “məzun”larından ibarətdir. Onların həmişə anti-Rusiya ritorikası olub, yalnız əvvəllər bunu düzəltməyə çalışıblar. Ancaq indi mövqelərini gizlətmirlər. İrəvanın fəaliyyəti həm Rusiya Federasiyasına, həm də Azərbaycana qarşı yönəlib.

Avropa İttifaqının başlatdığı prosesin (Ermənistan-Azərbaycan sərhədinə uzunmüddətli “müşahidəçilər” missiyasının göndərilməsi – red.) əsas hərəkətverici qüvvəsi Parisdir. Fransada dəfələrlə Azərbaycan əleyhinə qətnamələr qəbul edilib və müxtəlif Avropa qurumlarında bu qətnamələr müzakirə mövzusu olub.

- Bəs Paşinyan Azərbaycanın suveren ərazisinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsındə israr edərək nəyə ümid edir? Siz özünüz dediniz ki, Bakı buna razılıq verməyəcək. Bəlkə, İrəvan beynəlxalq təşkilatların təzyiqlərinə ümid edir?

- Əvvəla, onu deyim ki, yaxın gələcəkdə heç bir beynəlxalq təşkilat və qurum hazırda mövcud olduğu formatda effektiv olmayacaq, özlərini gözdən salıblar.

Paşinyana indi xaos lazımdır, yeri gəlmişkən, bu, Qərbin bulanıq sularda balıq tutmaq taktikasıdır. Bunu Ermənistanın baş naziri Qərb tərəfdaşlarının köməyi ilə gerçəkləşdirir, mənfəət əldə etməyə çalışır.

- Hədəflərdən biri Ermənistan-Azərbaycan nizamlanmasının dondurulması ola bilərmi?

- Belə olduğu aydındır. Paşinyanın vəzifəsi sülhü imzalamaqdan ümumiyyətlə imtina etməkdir. İndi Qərbə Cənubi Qafqaz regionunda Rusiyanın diqqətini yayındıracaq və müəyyən mənada onu zəiflədəcək münaqişə lazımdır. Ermənistanın baş naziri də məhz bu məntiqlə hərəkət edir. Amma bu, nə Azərbaycanı, nə Türkiyəni, nə də Rusiyanı qane edir. Etiraf edim ki, indi Bakı, Ankara, Moskva və digər maraqlı tərəflər, yumşaq desək, “vəziyyəti yaxşılaşdırmaq” üçün hansısa taktika hazırlayırlar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar