Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın seçki strategiyası və NATO “oyunları”

Ərdoğan NATO-nun genişlənməsi məsələsini Türkiyənin gərgin seçki kampaniyasına daxil edir…

PİA.az xəbər verir ki, bu barədə Reuerts Agentliyinin Türkiyə seçkilərini təhlil edən məqaləsində bildirilir.

Nəşr yazır ki, diplomatlar, analitiklər və müxalifət siyasətçiləri deyirlər ki, bu ay Stokholmda baş verən iki təxribatçı insident Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana gərgin seçkilər ərəfəsində enerji verib və İsveç və Finlandiyanın yaydan əvvəl NATO-ya üzv olmaq ümidlərini azaldıb.

Müsəlmanların müqəddəs kitabı “Quran”ın nüsxəsinin keçən həftə sonunda yandırılmasından və bir həftə əvvəl işıq dirəyindən Türkiyə liderinin müqəvvasının asılmasından sonra Ərdoğan NATO-nun genişlənməsi məsələsindən daxili siyasətdə istifadə etməyə tələsdi.

Hadisələr İsveçdə qeyri-qanuni olmasa da, Stokholmun ABŞ-ın rəhbərlik etdiyi NATO-ya üzv olmaq istəyində Ankaranın dəstəyini qazanmaq səylərini dayandırdı.

Analitiklərin fikrincə, Ərdoğan üçün bu, dəstək toplamaq və seçicilərin zehnini ağırlaşdıran yaşayış xərcləri böhranından yayındırmaq üçün bir fürsət idi. Son anketlər onun mayın 14-də keçiriləcək səsvermədə bəzi rəqiblərinə məğlub ola biləcəyini göstərirdi.

20 illik hakimiyyəti dövründə özünün ən böyük siyasi sınağı ilə üz-üzə qalaraq, Ərdoğan daha əvvəl effektivliyini sübut edən bir mövqe tutdu, Avropadakı islamofobiyanı və İsveçdə terror təşkilatlarının üzvlərinə və İslam düşmənlərinə dəstək verilməsini sərt tənqid etdi.

Ərdoğanı və onun islamçılığa söykənən AK Partiyasını devirmək istəyən müxalif alyansın liderləri bu həftə onun fikrinə uyğunlaşmaq və hətta daha sərt mövqe tutmaq üçün tələsdilər. Parlamentin dördüncü böyük partiyası olan İYİ Partiyanın lideri Meral Akşener daha da konkret addım atacağını və həm İsveç hökumətinə, həm də alçaq aksiyanın səbəbkarlarından şikayət edəcəyini bildirib.

“Ərdoğan və onun yoldaşları ümumilikdə bu xarici siyasət məsələlərindən daxili siyasi mənfəətlər üçün istifadə etmək istəyirlər”, deyə Akşener çərşənbə günü partiya üzvlərinə deyib. Ana müxalifət olan Cümhuriyyət Xalq Partiyası (CHP) da İsveçdə baş verənləri pisləyib və bu aksiyanın Ərdoğanın seçki kampaniyasına xidmət edəcəyini bildirib.

NATO gözləyir…

NATO üzvü olan 30 ölkənin hamısı yeni gələnləri təsdiqləməlidir.

Türkiyənin narahatlığını aradan qaldırmaq üçün İsveç və Finlandiya ötən ilin yayında Ankaranın kürd terrorçuları adlandırdığı və Türkiyənin cənub-şərqindəki separatçı PKK yaraqlıları ilə əlaqəsi olan kürdlərə qarşı daha sərt mövqe tutacaqlarına söz verdilər.

Vaşinqton, Stokholm və Helsinki Ankaranın Türkiyənin seçkilərdən əvvəl NATO-nun təkliflərini ratifikasiya edəcəyinə ümid edirdi. Lakin Ərdoğanın İsveç qanunlarına zidd olan onlarla ekstradisiya və deportasiya çağırışlarını nəzərə alsaq, bu perspektiv hələ Stokholm etirazlarından əvvəl yox olmuşdu.

“Metropoll” sosial sorğu təşkilatının sədri Özer Şencar bildirib ki, seçkilər öncəsi xarici siyasət və təhlükəsizlik məsələlərinin gərginləşməsi Ərdoğana öz seçici bazasını möhkəmləndirməyə imkan verir.

“O, “Türkiyənin daxilində “güclü lider” anlayışı yaradır” deyib. Əgər təhlükəsizlik problemi ilə çıxış edə bilsəniz, o zaman insanlar güclü liderin arxasında toplaşar”, deyə Şençar əlavə edib.

Həm İsveç, həm də Finlandiya rəsmiləri Türkiyənin üzvlük təkliflərinə reaksiyasının və təhlükəsizliklə bağlı narahatlıqlarının daxili siyasi ölçülərə malik olduğunu etiraf ediblər. Finlandiyanın xarici işlər naziri Pekka Haavisto “Reuters” Agentliyinə deyib:

“Əlbəttə, onlar mayın ortalarında keçiriləcək seçkilərin təzyiqini hiss edirlər və buna görə də Türkiyədə müzakirələr bir çox cəhətdən qızışıb”.

Finlandiyanın xarici işlər nazirinin sözlərinə görə, Türkiyə may ayında keçiriləcək prezident və parlament seçkilərindən sonra və iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitindən əvvəl Skandinaviya ölkələrinin üzvlüyünü təsdiqləyəcək.

Lakin adının açıqlanmasını istəməyən Qərb diplomatı deyib ki, bu məsələ “tamamilə seçki siyasətinin əlindədir” və ratifikasiya oktyabrda Türkiyə parlamentinin yaydan sonra yenidən toplanacağı zaman baş verə bilər.

Ərdoğan hökuməti Skandinav ölkələrinin NATO-ya daxil olmaq istəyini şərtlərlə dəstəkləsə də, onun siyasi rəqibləri Stokholm hadisələrindən əvvəl daha çox dəstək verirdilər.

İqtisadiyyat xarici siyasəti üstələyir?

Ərdoğanın AK Partiyası seçkilərdən sonra parlamentdə güclü qüvvə olaraq qalacaq, lakin rəy sorğuları Ərdoğanın CHP lideri Kamal Kılıçdaroğlu və İstanbul və Ankaranın məşhur bələdiyyə sədrləri də daxil olmaqla bəzi potensial prezidentliyə rəqiblərini geridə qoyduğunu göstərir.

Ərdoğan bu il minimum əmək haqqına böyük artım və milyonlarla insanın pensiyaya çıxma yaş həddini azaltmaqla, digər fiskal stimullaşdırıcı tədbirlərlə türklərin iqtisadi çətinliklərini yüngülləşdirməyə çalışıb. Lakin analitiklər deyirlər ki, iqtisadiyyat xarici siyasətdən daha çox seçicilər üçün müəyyənedici amil olaraq qalacaq.

İstanbulda yerləşən İqtisadi və Xarici Siyasət Araşdırmaları Mərkəzinin direktoru, keçmiş diplomat Sinan Ülgen qeyd edib ki, NATO-nun genişlənməsi tərəfsiz bir məsələdir. “Bu dəfə iqtidar və müxalifət partiyaları NATO-ya üzvlük məsələsində eyni mövqeyə malikdirlər, ona görə də bu, daxili siyasət üçün bir mövzu kimi görünmür” deyə, Xarici Siyasət Araşdırmaları Mərkəzinin direktoru bildirib.

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar