Şənbə, 25 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ dondurulmuş Rusiya aktivlərinin bir hissəni Ukraynaya verə biləcək

Avropa İttifaqı hüquqşünasları Rusiya aktivlərininin Ukraynaya sərf etmək üçün yol tapıblar...

Avropa İttifaqının hüquqşünasları Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya yardım göstərmək üçün qismən istifadə etmək üçün qanuni əsaslar tapıblar.

PİA.az xəbər verir ki, bu barədə Bloomberg öz mənbələrinə istinadən yayıb.

Agentliyin mənbələrinin sözlərinə görə, Aİ Şurasının hüquq xidməti Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün Rusiya Bankının dondurulmuş aktivlərindən ən azı 33,8 milyard avro (36,8 milyard dollar) istifadə etmək üçün hüquqi səlahiyyətlərin mövcud olduğunu bildiriblər. Ancaq bu istifadə müvəqqəti ola bilər.

Qeyd edək ki, 2022-ci ildə Rusiya Maliyyə Nazirliyi Qərb tərəfindən dondurulmuş Rusiya ehtiyatlarının həcmini 300 milyard dollar həcmində qiymətləndirib. Bloomberg-in məlumatına görə, bunun təxminən 33,8 milyard avrosu Aİ-nin depozitlərindədir.

Söhbət aktivlərin müəyyən müddətə, müəyyən şərtlərlə, lakin özgəninkiləşdirmədən istifadə edilməsindən gedir. Bu üsula aktivlərin yalnız likvid hissəsindən istifadə edilə bilər. Çünki müəyyən bir vaxtda əsas məbləği faizlə birlikdə Rusiyaya qaytarmaq məsələsi ortaya çıxa bilər. Əgər dondurulmuş Rusiya aktivlərinin sərmayə itkisi olarsa, o zaman Aİ ölkələri və ya Aİ büdcəsi itkiləri kompensasiya etməli olacaq.

Agentlik aydınlaşdırıb ki, Ukraynanın bərpası üçün Rusiya Mərkəzi Bankının aktivlərindən istifadə variantlarının müzakirəsi hələ çox erkən mərhələdədir. Bəzi Aİ ölkələri bunun hansısa presedent yaradacağından narahatdırlar. Bundan əlavə, Avropa rəsmiləri əmindirlər ki, bu plan sonda nə qədər hüquqi cəhətdən əsaslandırılsa da, G7 ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməlidir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bütün vətəndaşların piyada getdiyi parka AzTV sədri niyə maşınla gedir? – Foto

İranda zəlzələ nəticəsində 165 nəfər yaralanıb - Yenilənib, Video

Qara dəniz üzərində "Boeing" və iki qırıcı görünüb

Araik Moskvadan qayıdandan sonra: “Müharibəyə hazırlaşmaq üçün silahlanmalıyıq”

Onlar varlanmaq üçün doğulub - Ən zəngin 6 bürc

“Qalatasaray” futbol klubu: “Can Azərbaycanda zəfər deyil, səfərbərlik zamanıdır"

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

Ən çox oxunanalar