Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnəklər daha az qaz buraxmalı və gəyirməlidir - Bill Qeyts

Bill Qeyts mal-qaranın qazını azaltmağa və gəyirməyə həsr olunmuş bir startapa sərmayə qoyub...

PİA.az xəbər verir ki, bu barədə Business Insider nəşrinin məlumatında bildirilir.

Nəşr xəbər verir ki, Bill Qeytsin təsis etdiyi "Breakthrough Energy Ventures" şirkəti Avstraliyanın "Rumin8" firması üçün 12 milyon dollarlıq başlanğıc sərmayə qoyub. "Rumin8" inəklər üçün dəniz yosunu əsasında xüsusi yem hazırlayan Avstraliyanın Pert şəhərində yerləşən startap firmadır. Firmanın hazırladığı yem inəklərin qaz hasilatını azaldır.

Bildirilir ki, həzm prosesinin əlavə məhsulu olan metan karbon qazından sonra ən çox yayılmış istixana qazıdır. İqlimşünasların fikrincə, planeti təhdid edən iqlim dəyişikliyinin əsas səbəblərindən biri məhz istixana qazlarıdır.

ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin məlumatına görə, metan Yer atmosferində istiliyi karbon qazından 25 dəfə çox saxlayır. Hazırda qlobal istixana qazı emissiyalarının təxminən 15%-ni heyvandarlıq təşkil edir.

"Artıq yeni üsulla mal əti istehsal edən şirkətlər var və insanlar hələ də inəklərdən istifadə edirlər, lakin metan emissiyalarını da azaldırlar", deyə Bill Qeyts startap haqqında deyib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar